Futzal üzrə Yüksək Liqada 12-ci turun oyunları keçirilib.
İdman.Biz xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Şuşa"nı 12:5 hesabı ilə üstələyib.
Ardınca "Neftçi" U-19 komandasına 16:0 hesabı ilə qalib gəlib.
Günün son görüşündə isə "Baku Fire" "Lənkəran"dan güclü olub - 8:3.
Xal durumu: "Neftçi" – 28, "Araz-Naxçıvan" – 28, "Baku Fire" – 20, "Şuşa" – 15, U-19 – 6, "Lənkəran" – 0.