top
Aznurun baş məşqçisi Çempionlar Liqasındakı çıxışdan razıdır, qol imkanlarından istifadə edə bilməməyə təəssüflənir Idman.biz
24 sentyabr 2025, 23:09
- +

"Aznur"un baş məşqçisi Çempionlar Liqasındakı çıxışdan razıdır, qol imkanlarından istifadə edə bilməməyə təəssüflənir

Minifutbol üzrə Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandıran "Aznur" klubu keçirdiyi oyunlarda bütün rəqiblərindən üstün olub.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Rəcəb Fərəczadə deyib.

Mütəxəssis 4 oyunun heç birində məğlub olmadıqlarını bildirib: "Çempionlar Liqasında 4 oyun keçirdik və heç birində məğlub olmadıq. Rəqiblərdən aşkar üstün idik. Sadəcə, qol vəziyyətlərindən yararlana bilmədik. İlk oyunda rəqib demək olar cəmi bir şans əldə etdi. Zərbədən sonra top oyunçuya dəyib tora daxil oldu. Qrupu 7 xalla xalla bitirdik və pley-off mərhələsinə vəsiqə qazandıq. Burada keçən ilin finalçısı ilə qarşılaşdıq. 2:1 hesabı ilə üstün olsaq da, sona 20 saniyə qalmış cərimə zərbəsindən qol vurdular. Bundan dərhal sonra oyun bitdi və penaltilər seriyası başladı. Bilirsiniz ki, burada şanslar bərabər olur. Rəqib bizdən fərqli hər üç penaltini dəqiq yerinə yetirdi. Bu komanda daha sonra "Birbaşa Bakı"nı da eyni vəziyyətdə məğlub etdi".

Baş məşqçi komandanın çıxışından razı qalıb: "Komandamdan həddindən artıq razıyam. Həmçinin Mavritaniyadan dəvət etdiyimiz Mohamed Baqayokonun da çıxışından razı qaldım. Komanda çox yaxşı çıxış etdi. İstədiyimiz qolları vura bilsəydik, nəticələrimiz başqa cür olardı. Əslində başqa vaxtlarda qol vəziyyətlərindən istifadə edirdik. Yəqin ki, futbolçular həyəcanlı olub. Heyətdə dəyişiklik etməyi düşünmürəm. Hər il olduğu kimi çempionluğa iddia edəcəyik. Ola bilər pley-offlarda Baqayoko yenidən sıralarımıza qatılsın. Onu icarəyə götürdüyümüz üçün çempionatda oynamayacaq".

Fərəczadə Çempionlar Liqasında çıxış edən Azərbaycanın digər komandaları "Zirə" və "Birbaşa Bakı"nın da nəticələrinə toxunub: "Digər klublarımızdan "Birbaşa Bakı" yaxşı çıxış etdi. Sadəcə, sonuncu matçda zəif oynadılar. Sanki ritmdən çıxdılar, dinamika yox idi. "Zirə" də qol vəziyyətlərindən yararlana bilmədi. Rəqib daha təcrübəli komanda idi. Təhlükəli vəziyyətləri qola çevirdilər. Biz isə məşqlərimizi davam etdiririk. Səfərdən qayıtdıqdan sonra komandaya bir həftə istirahət vermişdik. Birinci gündən yenə hazırlığımızı bərpa edəcəyik".

Qeyd edək ki, Azərbaycan minifutbol üzrə Çempionlar Liqasında üç klubla təmsil olunub. "Aznur" pley-off mərhələsində mübarizəni dayandırıb. "Zirə" və "Birbaşa Bakı" isə 1/4 finalda dayanıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
02 sentyabr 2026, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
02 sentyabr 2026, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
02 sentyabr 2026, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
02 sentyabr 2026, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
02 sentyabr 2026, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
02 sentyabr 2026, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
02 sentyabr 2026, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
02 sentyabr 2026, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
02 sentyabr 2026, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
02 sentyabr 2026, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
02 sentyabr 2026, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
02 sentyabr 2026, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
02 sentyabr 2026, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
02 sentyabr 2026, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
02 sentyabr 2026, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
02 sentyabr 2026, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
02 sentyabr 2026, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
02 sentyabr 2026, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
02 sentyabr 2026, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
02 sentyabr 2026, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
02 sentyabr 2026, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
02 sentyabr 2026, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
02 sentyabr 2026, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
02 sentyabr 2026, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər