top
Zirə xal bölüşməyə alışdı, Sabah Sumqayıtı darmadağın etdi Futbolinfo.az
Bu gün, 08:00
- ↺ +

"Zirə" xal bölüşməyə alışdı, "Sabah" "Sumqayıt"ı darmadağın etdi

“Zirə” gününü yaşayır. Komanda qalib gələ bilmirsə, məğlub olmamağı qazanc bilir. Bu səbəbdən komanda 12 tura artıq 5 dəfə xal bölüb.

Bəlkə də Rəşad Sadıqovun strateji yanaşması belədir. O, mövsüm boyu əziyyət çəkmək, hər tura final kimi yanaşmaq istəyir. Hazırkı gedişat məhz bundan xəbər verir. Vəziyyət faciəvi deyil, amma yaxşı da sayıla bilməz. Qəsəbə təmsilçisi yuxarı pillələrdə dolaşsa da, əsas rəqibləri xal fərqini artırır və bu gedişlə “Zirə” mövsümün qalan hissəsini 4-cü pilləni tutmaq üçün mübarizəyə sərf edəcək.

Belə baxanda “İmişli” ilə səfər matçından xalla qayıtmaq pis nəticə sayılmamalıdır. Komandanın 2:0 hesablı üstünlüyü 5 dəqiqə ərzində əldən verdiyini nəzərə aldıqda isə “qartallar”ın xüsusilə müdafiədə ciddi problemlərnin olduğu qeyd edilməlidir. “Zirə” cəmi 2 oyunda top buraxmayıb və ardıcıl 9 matçdır rəqib qoluna üzülür. 18 qol vurub 17 top buraxmaq etibarlı müdafə üslubu ilə tanınan Sadıqovu razı sala bilməz.

Doğrudur, “Zirə” rəqibinə epizod vermədən, talesiz penaltlərlə 2 top buraxdı. Amma rəqib topu həmin yerədək çatdırırsa, deməli, dayaq bölgəsində, cinahlarda problemlər var və komanda ansambl kimi görünə bilmir. Qəsəbə təmsilçisi zədəlilər baxımından ciddi problemlər yaşadığından heyətin komplektləşdirilməsi gecikir, hər dəfə hansısa önəmli oyunçu kənarda qalır. Bu da nəticələrə təsir göstərir. Gəl ki, bu da elə “Zirə”nin öz problemidir.

“İmişli” xal qazansa da, komandanın yaxşı çıxış etdiyini demək olmaz. Jorj Kaşkilyanın vaxtında komanda daha inamlı idi. Bir çox oyunçunun şəxsi performansının zəiflədiyi aşkar görünür.

“Sumqayıt”ın dünənki darmadağınının səbəbkarı özü oldu. Lukas Blek ilk yarım saatın tamamında iki sarı vərəqə almağı və komanda yoldaşlarının əziyyətini yerə vurmağı bacardı. Hətta onun ilk kobudluğu zamanı birbaşa qırmızı vərəqə də göstərmək olardı. “Sabah” güclü idi və qalib gəlməyin yolunu tapacaqdı, rəqibin yarımmüdafiəçisi onların işini asanlaşdırdı.

“Barselona” ilə oyun öncəsi əldə edilən böyükhesablı qələbə “Sabah” üçün motivasiya olmalıdır. Valdas Dambrauskas əsas oyunçuları qorudu, eyni zamanda vacib 3 xalı aktivə yazdırdı. Komandanın fasilədən yaxşı yararlandığı aşkar görünürdü. Ümid edək ki, Çempionlar Liqası matçında da yorğunluqdan qurtulmuş, daha təravətli komanda görəcəyik.

FƏRİD

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 10:30

“Baku City Hospital” indi burada fəaliyyət göstərir - VİDEO+FOTOLAR

Futbol
Bu gün, 10:21

Röyal Nəcəfov: 'Xankəndi' üçün cari mövsüm keçid mərhələsidir, qış fasiləsində heyəti gücləndirəcəyik

Digər
Bu gün, 10:21

Yüksək və Birinci Liqalarının püşkü atıldı - İştirakçı komandalar

Futbol
Bu gün, 10:21

Milli ilə zədələnən Xaybullayevin vəziyyəti aydınlandı - "Sabah"ın heyətində ola bilər

Futbol
Bu gün, 10:21

Dünyanın ən çox qazanan 10 futbolçusu müəyyən edildi - Ronaldo birinci, Messi ikinci

Futbol
Bu gün, 10:21

Musa Qurbanovun hava limanında alış-veriş paketləri müzakirə mövzusuna çevrildi

Futbol
Bu gün, 10:21

Səbail baş məşqçi dəyişikliyinə hazırlaşır, Sumqayıt futbolçuları mükafatdan məhrum edilib, AFFA İK dekabrda toplanacaq

Futbol
Bu gün, 10:21

Kamerunlu futbolçu Neapoldan ayrılmaq niyyətində

Digər
Bu gün, 10:21

“Sabah” - “Barselona” matçına 74 ölkədən bilet aldılar - FOTO

Qarabağ FK
Bu gün, 10:21

Qurban Qurbanovdan Kadi Borgesə yeni xəbərdarlıq: Çəkini azald, aksi halda əsas heyətdə yerini itirəcək

Qarabağ FK
Bu gün, 10:21

Dəhşətli qəzadan sağ çıxan vitse-prezidentlə SƏMİMİ MÜSAHİBƏ

Futbol
Bu gün, 10:21

I Linqa: Şahdağ Qusarla Gəncəbasar arasında liderlik mübarizəsi

Futbol
Bu gün, 10:21

Nihad Əhmədzadə: Debüt Qələbəsində Daha Bir Qol İmkanı Olmalı Idi

Futbol
Bu gün, 10:21

Yozef Sabo: Malderadan heç nə alınmayacaq, Ukrayna yığmasının əsas namizədi Markeviçdir

Futbol
Bu gün, 10:21

Ronaldo 986‑cı qolu ilə Əl-Əhli üçün qələbə qazanıb

Futbol
Bu gün, 10:21

Vernidub "Neftçi"nin futbolçularına sərt nizam-intizam mesajı verdi

Futbol
Bu gün, 10:21

Brayton Paskal Qrosu ilə 2028-ə qədər müqavilə uzatdı

Qarabağ FK
Bu gün, 10:21

Premyer Liqada "Sabah"ın "Qarabağ"la müqayisəsi niyə əsassızdır və onlara nə gözləyir?

Futbol
Bu gün, 10:21

Çelsi yarımmüdafiəçisi Romeo Lavia Aston Villa transferi ilə maraqlanmır

Futbol
Bu gün, 10:21

Misli Premyer Liqa XII turu: Şamaxı - Turan Tovuz və Şəfa - Qəbələ oyunları

Futbol
Bu gün, 10:21

Rodri Real'dan Barcelona'ya necə köçdü

Digər
Bu gün, 10:21

“Asadov Pro Bridge” - Azərbaycan futbolu üçün yeni fursət!

Digər
Bu gün, 10:21

"Sabah"ın futbolçusu ata oldu

Digər
Bu gün, 10:21

Əksər klublar niyə yerli futbolçulara hörmət etmir? - VİDEO

Oxşar xəbərlər