Bu gün "Zirə" futbol klubu UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv turnirin birinci təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Torpedo" ilə üz-üzə gələcək.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək.
Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiya olacaq.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.