"Monako"nun hücumçusu Folarin Baloqun karyerasını Səudiyyə Ərəbistan Pro liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Football insider" məlumat yayıb
Mənbənin sözlərinə görə, bəzi Səudiyyə klubları amerikalı hücumçunu heyətinə qatmaq üçün hərəkətə keçə bilər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro Liqasında "transfer pəncərəsi" oktyabrın 6-dək açıq qalacaq.