Albaniya Superliqasında 29-cu turun oyunları davam edir. Sport24.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" "Elbasani"nin qonağı olub.
Matçda qapılara qol vurulmayıb. Əliyev ilk dəqiqələrdən meydanda olub və oyunu əvəzolunmadan keçirib.
Qeyd edək ki, hazırda aktivində 51 xal olan "Eqnatia" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.