top
Yuri Vernidub Neftçidə məşq prosesini intensivləşdirib Idman.biz
17 dekabr 2025, 12:20
- +

Yuri Vernidub "Neftçi"də məşq prosesini intensivləşdirib

"Neftçi" futbol komandasının baş məşqçisi Yuri Vernidub oyunçuların gündəlik hazırlıq proqramında dəyişiklik edib.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, komandanın fiziki durumunun aşağı olmasını görən çalışdırıcı məşq saatını artırıb.

Əgər "ağ-qaralar" Samir Abasovun vaxtında 50 dəqiqə, maksimum 1 saat çalışırdısa, bundan sonra məşq prosesi 1,5 saat davam edəcək.

Ukraynalı mütəxəssis artıq hər bir oyunçunun fiziki göstəriciləri ilə şəxsən maraqlanır. Buna əsasən, günlük, həftəlik və aylıq hesabat tərtib olunacaq.

Bu arada Yuri Vernidubun futbolçulardan əsas tələbi məlum olub. Təcrübəli mütəxəssis komanda üzvlərindən 90 dəqiqə meydanda hərəkət etməyi istəyib.

Bugünlərdə bakılılarla 1,5 illik müqavilə bağlamış 59 yaşlı çalışdırıcı az qaçan, hər top uğrunda sonadək çarpışmayan, ikili mübarizələrdən yayınan oyunçulara əsas heyətdə şans verməyəcəyi barədə xəbərdarlıq edib.

Ukraynalı "ağ-qaralar"a son olaraq çalışdırdığı "Krivbass"ı misal çəkib. Bildirib ki, Krivoy Roq təmsilçisi onun başçılığı altında 2024-cü ildə uğurlu mövsüm keçirib və ölkə çempionatında üçüncü yer tutub.

Yuri Vernidub "Krivbass"ın bir matçından nümunə gətirib. Əvvəlki komandasının ən pis halda oyun ərzində 118 min metr qaçdığını xatırladıb və müqayisə aparıb.

"Neftçi"nin avqustdan bəri keçirdiyi qarşılaşmaların göstəricilərini incələyən yeni baş məşqçi bu rəqəmin 90 min metri keçməməsini təəssüf hissi ilə vurğulayıb.

Deyib ki, meydanda bu qədər az hərəkət eləyən komandanın uğurlu nəticələr qazanması müşkül işdir. O, bundan sonrakı mərhələdə fiziki hazırlığa xüsusi diqqət yetirəcəyini söyləyib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
02 sentyabr 2026, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
02 sentyabr 2026, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
02 sentyabr 2026, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
02 sentyabr 2026, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
02 sentyabr 2026, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
02 sentyabr 2026, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
02 sentyabr 2026, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
02 sentyabr 2026, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
02 sentyabr 2026, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
02 sentyabr 2026, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
02 sentyabr 2026, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
02 sentyabr 2026, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
02 sentyabr 2026, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
02 sentyabr 2026, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
02 sentyabr 2026, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
02 sentyabr 2026, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
02 sentyabr 2026, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
02 sentyabr 2026, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
02 sentyabr 2026, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
02 sentyabr 2026, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
02 sentyabr 2026, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
02 sentyabr 2026, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
02 sentyabr 2026, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
02 sentyabr 2026, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər