Yeni mövsümdə Azərbaycan II Liqasında mübarizə aparacaq "Xankəndi" komandası baş məşqçisi İbrahim Uzunca ilə müqavilənin müddətini uzadıb.
Klubdan İdman.biz-ə verilən məlumata görə, təcrübəli türkiyəli çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.
"Xankəndi" 63 yaşlı mütəxəssisin rəhbərliyi altında ötən mövsüm Region Liqasının qalibi olub.
O, indiyədək Azərbaycanda "Lokomotiv Biləcəri", "Bakı", "Şahdağ Quba", "Xan Lənkəran" və "Dinamo"( Bakı ) klublarında baş məşqçi kimi fəaliyyət göstərib. Türkiyədə isə "Adana Dəmirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir", BÇ "Mimaroba" ("Küçükçekmece" SK) və "Osmaniyespor" kollektivlərini çalışdırıb.
İdman.biz