Azərbaycanın "Sabah" klubunun keçmiş baş məşqçisi Vasili Berezutski Rusiyanın "Ural" klubunun yeni baş məşqçisi təyin edilib.
İdman.Biz xəbər verir ki, uzun danışıqlardan sonra rəhbərlik Berezutskiyə üstünlük verib və onun hazırladığı proqram yüksək qiymətləndirilib.
Komandanın Rusiya Birinci Liqasında çıxış edən heyətini çalışdıracaq mütəxəssisin qarşısına qoyulan əsas vəzifə komandanı yuxarı liqaya çıxarmaqdır.

Qeyd edək ki, o, "Sabah"ın baş məşqçisi kimi ölkə kubokunu qazanıb. 2025-ci ilin yayında ailəvi səbəblərə görə vəzifədən ayrılıb.