Beynəlxalq Olimpiya Komitəsi (BOK) Belarusda beynəlxalq yarışların keçirilməsinə icazə verib.
İdman.Biz bildirir ki, bu barədə təşkilatın saytında dərc olunmuş rəsmi mətbuat açıqlamasında məlumat verilib.
Açıqlamada deyilir: "Beynəlxalq Federasiyalar Rusiyada beynəlxalq idman tədbirlərinin təşkilindən və ya dəstəklənməsindən çəkinməyə davam etməlidirlər. Bu tövsiyə artıq Belarusa şamil edilmir".
BOK daha əvvəl gənc rusiyalı və belaruslu idmançılara qoyulan məhdudiyyətləri aradan qaldırıb. İndi yeniyetmələr yenidən əlavə yoxlama olmadan milli rəmzlər geyinərək beynəlxalq yarışlarda iştirak edə biləcəklər.