Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək.
İdman.biz xəbər verir ki, qarşılaşmada Fransanın PSJ və İngiltərənin "Tottenhem" klubları üz-üzə gələcəklər.
Matç İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda baş tutacaq. PSJ 2024/2025 mövsümündə Çempionlar Liqasının, "Tottenhem" Avropa Liqasının qalibi olub.
Qaydalara əsasən, oyunun əsas vaxtı heç-heçə başa çatsa, əlavə vaxt olmayacaq və qalib birbaşa penaltilər seriyası ilə müəyyənləşəcək.
Görüşün baş hakimi Juan Pineyru (Portuqaliya) olacaq. Azərbaycanlı FIFA referisi Elçin Məsiyev matçda dördüncü hakim vəzifəsini icra edəcək.
UEFA Superkuboku
13 avqust
23:00. PSJ (Fransa) - "Tottenhem" (İngiltərə)
Hakimlər: Juan Pineyru, Brunu Jezuş, Lusianu Maya (hamısı Portuqaliya)
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan)
Udine, "Friuli" stadionu
Qeyd edək ki, indiyədək keçirilmiş 49 Superkubok matçının 29-da Çempionlar Liqasının (Çempionlar Kubokunun) qalibləri, 20-də Avropa Liqasının (UEFA Kubokunun) sahibləri qələbə qazanıb.
İdman.biz