U-17 qadınlardan ibarət millimizin Avropa çempionatındakı rəqibləri bəlli oldu
Bu gün 17 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə II raundun püşkü atılıb. Sport24.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. B Liqasının 3-cü qrupunda yer alan U-17 Belçika, Sloveniya və Farer adaları yığmaları ilə mübarizə aparacaq.