top
“Turan Tovuz”un kapitanı: “Baş məşqçimizin həddindən çox yeni istəkləri var” Report.az
11 yanvar 2025, 14:05
- ↺ +

“Turan Tovuz”un kapitanı: “Baş məşqçimizin həddindən çox yeni istəkləri var”

Baş məşqçimizin həddindən çox yeni istəkləri var.

Bunu "Report"a açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev komandanın Antalyadakı təlim-məşq toplanışını və Rumıniyanın "Qloriya" klubuna qarşı keçirdikləri yoldaşlıq matçını (0:2) dəyərləndirərkən deyib.

32 yaşlı müdafiəçi hər hissədə fərqli heyətlə meydana çıxdıqlarını söyləyib:

"Ağır yükləmələr və məşqlərdən sonra oynadıq. İlk matç həmişə çətin olur. Baxmayaraq ki, hər hissədə fərqli heyətlə meydana çıxdıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Yorğunluq hiss olunurdu. Yoldaşlıq görüşündə nəticə vacib olmasa da, istədiklərini həyata keçirməyə çalışırsan. Məşqlərə başladığımız müddət ərzində üzərində işlədiyimiz taktikanı oyunda yerinə yetirmək istəyirdik. Məğlub olduq, amma səhvlərimizi görüb təhlil edirik və çempionata hazırlaşırıq".

O, heyətə cəlb olunan yeni futbolçularla bağlı danışıb:

"Komandamıza yeni futbolçular gəlib, hərəsinin özünəməxsus keyfiyyəti var. Oynadıqları komandalara fayda verən, səviyyəli futbolçular olub. İndi də "Turan Tovuz"a fayda vermək üçün əllərindən gələni edirlər. Hər biri təcrübəlidir. Baş məşqçimizin həddindən çox istəkləri var. Çempionatın əvvəlində də belə idi. Çalışacağıq iddiamızı ortaya qoyaq və əlimizdən gələnin ən yaxşısını edib azarkeşlərimizi sevindirək".

Ş.Əliyev sabah qarşılaşacaqları "Paxtakor"la (Özbəkistan) yoldaşlıq matçına da toxunub:

"Çempionat oyunları elədir ki, ümumi təhlillərimiz olur. Amma yoldaşlıq oyunlarında məşqçilər çalışırlar ki, futbolçuları çox yormasınlar. Rəqibi təhlil edib, zəif və üstün cəhətlərini bizə başa salırlar. Çalışacağıq "Paxtakor"la matçda da məşqçimizin istədiklərini yerinə yetirək".

Qeyd edək ki, Kurban Berdıyevin rəhbərlik etdiyi "Turan Tovuz" Misli Premyer Liqasının turnir cədvəlində 32 xalla üçüncü pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır: Mənfi ab-hava əvəzinə dəstəyə çağırış

Futbol
Bu gün, 12:40

Manhetten federal məhkəməsi UEFA-nın FİFA-nı Thrive Capital və JP Morgan-a qarşı irəli sürdüyü iddianı rədd etdi

Qarabağ FK
Bu gün, 12:40

Pedro Bikalyonun cərimə iddiaları rədd edildi – Klub açıqlama etdi

Qarabağ FK
Bu gün, 12:35

XIII tur Azərbaycan Premyer Liqasında oyun vaxtları açıqlanıb;

Futbol
Bu gün, 12:25

Həbib Nurməhəmmədov Xviça Kvaratsxeliyanı izləmədən çıxardı, çünki futbolçu Merab Dvalişviliyə dəstək verir

Futbol
Bu gün, 12:20

Makron Vengerin FIFA prezidentliyi namizədliyini dəstəkləyir, Ramon Veqa da iştirak edəcək

Futbol
Bu gün, 12:12

Ozan Kabak qırmızı kart səbəbilə Türkiyə millisinin düşərgəsindən ayrıldı;

Futbol
Bu gün, 12:10

Andre Şinyaşiki Neftçidən ayrıldı, Braziliyanın Santa Cruz klubuna transfer oldu

Futbol
Bu gün, 11:40

Bruno Fernandes Manchester United-ın ikinci təklifini yenidən rədd edir

Futbol
Bu gün, 11:39

Napoli'dan ayrılaraq De Bruyne, PSV ilə transfer üçün hazırdır

Digər
Bu gün, 11:24

Usman Nurmaqomedovun meneceri onun gələcəyini müzakirə etdi

Boks
Bu gün, 11:21

Eduard Məmmədov iki qızıl medal qazanaraq 13-cü Avropa çempionu oldu;

Futbol
Bu gün, 11:09

Qalatasaray, Batrakov üçün xüsusi kolleksiya satışa çıxardı

Futbol
Bu gün, 11:02

Fransanın LANS klubu baş məşqçisini Yannik Kayuzakla yollarını ayırıb;

Futbol
Bu gün, 11:00

Qəbələ'nin Elvin Camalov'u: 'Həqiqətən futbol oynayıb, irəliləyiş hiss olunur'

Futbol
Bu gün, 10:54

Lans 1:9 məğlubiyyəti sonrası baş məşqçisini qovdu

Futbol
Bu gün, 10:40

CONMEBOL prezidenti Alexandro Dominqes 3,5 milyon dollar məbləğində ödənişdə qeyd olundu

Futbol
Bu gün, 10:22

Cristiano Ronaldonun 16 yaşlı oğlu U-17 millisində debüt etdi

Futbol
Bu gün, 10:20

Qalatasaray, Beşiktaş və Yüventus Kim Min-Jae ilə maraqlanır

Cüdo
Bu gün, 10:07

Zaqrebdə Qran-pri turnirində dörd Azərbaycan cüdoçusu 1/16 finala çıxacaq

Futbol
Bu gün, 10:00

Sumqayıtın müdafiəsi Keffel Resende Azərbaycandakı çıxışından danışdı

Digər
Bu gün, 09:51

Kür 1/8 finalda Çair ilə qarşılaşır – rəqibin təcrübəsi

Futbol
Bu gün, 09:40

İtaliya millisi 64 ildən sonra evdə Fransaya qarşı qələbə qazanıb

Futbol
Bu gün, 09:38

Maykl Kerrik 303 gün sonra Manchester Uniteddan uzaqlaşdırıldı

Oxşar xəbərlər