"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.
İdman.biz xəbər verir ki, Azərbaycan klubu yerli 1-ci liqa təmsilçisi "Çorum"la üz-üzə gəlib.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. "Turan Tovuz" heyətində 37-ci dəqiqədə Roderik Miller fərqlənib.
Yoxlama oyunu
19 iyul
18:00. "Turan Tovuz" – "Çorum" - 1:1
İdman.biz