Misli Premyer Liqasının 32-ci turunun ikinci oyun günündə daha bir qarşılaşma Şamaxıda keçiriləcək. Sport24.az xəbər verir ki, "Turan Tovuz" bölgənin eyni adlı komandasının qonağıdır.
"Şirlər" üçün bu görüş heç bir əhəmiyyət daşımır. "Boz qurdlar"ın isə mövsümü ikinci pillədə başa vurmaq şansı var. Bunun üçün "Qarabağ" bu gün xal itirməli, Tovuz təmsilçisi isə Şamaxıdan qələbə ilə ayrılmalıdır. Bu səbəbdən tovuzlu azarkeşlərin diqqəti "şirlər"lə matça yönəlsə də, qulaqları "Tofiq Bəhrəmaov"dan gələcək xoş xəbərdə olacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Sumqayıt", "Sabah" - "Neftçi" matçı ilə yekun vurulacaq.
Misli Premyer Liqası
III dövrə, XXXII tur
17:00. "Şamaxı" - "Turan Tovuz" 3:2
Qollar: A. Ağcabəyov, 10, D. Balau, 28, A. Rzayev, 83. ; İ. Vadji, 65, A. Serrano, 73.
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı. Şəhər stadionu.
"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov
"Turan Tovuz": 41. Sergey Samok 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev