Türkiyənin "Trabzonspor" klubu Misir millisinin hücumçusu Məhəmməd Salahın nümayəndəsi ilə görüş keçirib və 34 yaşlı futbolçunun transferi üçün rəsmi təklif göndərib.
Lent.az xəbər verir ki, Trabzon təmsilçisi Salaha illik 17 milyon avro maaş nəzərdə tutan 2 illik müqavilə təklif edib.
Bundan əvvəl mətbuatda Məhəmməd Salahla "Beşiktaş" və Səudiyyə Ərəbistanının "Əl-Diriyyə" klubunun da maraqlandığı barədə xəbərlər yayılıb.
Hücumçu bu yay "Liverpul"dan ayrılıb. O, ötən mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxaraq 12 qol vurub və 10 məhsuldar ötürmə edib.
Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 22 milyon avro qiymətləndirilir.