Kanadanın "Toronto" klubu İtaliya millisinin sabiq futbolçuları Lorentso İnsinye və Federiko Bernardeski ilə yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İnsinye və Bernardeski 2021-ci ildə İtaliya millisinin heyətində Avropa çempionu olublar. Onlar 2022-ci ildən "Toronto"nun formasını geyiniblər.