top
Tahir Gözel: Qarabağın Çempionlar Liqasına vəsiqəsi Azərbaycan futbolu üçün tarixi nailiyyətdir Idman.biz
28 avqust 2025, 09:07
- +

Tahir Gözel: "Qarabağ"ın Çempionlar Liqasına vəsiqəsi Azərbaycan futbolu üçün tarixi nailiyyətdir

"Bu nailiyyətimiz də Azərbaycan futbol tarixinə əlamətdar hadisə kimi keçdi".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözel Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" klubu üzərində iki matçın cəmində qazanılan 5:4 hesablı qalibiyyətin ardından klubun saytına fikirlərini bölüşərkən deyib.

O, "Qarabağ"ın qitənin ən nüfuzlu klub turnirində Liqa mərhələsinə vəsiqə qazanmasını tarixi nailiyyət adlandırıb. Tahir bəy bu zəfəri Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya hədiyyə edib: "Bu tarixi qalibiyyəti Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və əziz xalqımıza hədiyyə edirik. Qarabağın fatehi olan Ali Baş Komandanımızın da dediyi kimi, Qarabağ Azərbaycandır! Azərbaycan hər yerdə sözünü deyir. Ölkə başçımızın dünya liderlərinə nümunə olacaq parlaq siyasəti sayəsində işğal altında olan torpaqlarımız geri qaytarıldı. Cənab Prezidentimiz və Birinci vitse-prezidentimiz Qarabağ torpaqlarını qarış-qarış gəzərək, səfalı güşələrimizin daha da gözəl olması üçün əllərindən gələni edirlər. Biz də Qarabağı təmsil edən bir klub olaraq futbol arenalarında onlara layiq olmağa çalışırıq. Bu nailiyyətimiz də Azərbaycan futbol tarixinə əlamətdar hadisə kimi keçdi. Bu münasibətlə başda ölkə başçımız İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva olmaqla bütün xalqımızı təbrik edirəm".

Tahir Gözel bu uğurda əməyi keçən klubun məşqçilərini, futbolçularını, eyni zamanda azarkeşlərini də təbrik edib: "Azərbaycan futbolu adına böyük nailiyyətdir. "Qarabağ" klubu olaraq yenidən tarix yazmağın qürurunu yaşayırıq. Azərbaycan xalqına bu sevinci bəxş edən baş məşqçimiz Qurban Qurbanova, məşqçilər heyətimizə, futbolçularımıza, klubumuzda çalışan bütün əməkdaşlara təşəkkür edirəm və onları təbrik edirəm. Qurban hocanın və futbolçularımızın əziyyəti danılmazdır. Bütün oyunlarda bizi yalnız qoymayan, komandamızı qələbələrə ruhlandıran azarkeşləri də ürəkdən təbrik edirəm".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
02 sentyabr 2026, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
02 sentyabr 2026, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
02 sentyabr 2026, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
02 sentyabr 2026, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
02 sentyabr 2026, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
02 sentyabr 2026, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
02 sentyabr 2026, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
02 sentyabr 2026, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
02 sentyabr 2026, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
02 sentyabr 2026, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
02 sentyabr 2026, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
02 sentyabr 2026, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
02 sentyabr 2026, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
02 sentyabr 2026, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
02 sentyabr 2026, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
02 sentyabr 2026, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
02 sentyabr 2026, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
02 sentyabr 2026, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
02 sentyabr 2026, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
02 sentyabr 2026, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
02 sentyabr 2026, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
02 sentyabr 2026, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
02 sentyabr 2026, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
02 sentyabr 2026, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər