top
Sumqayıt Qəbələni minimal hesabla məğlub etdi: 28-ci turda qələbə - YENİLƏNİB + VİDEO Idman.biz
19 aprel 2026, 19:59
- ↺ +

"Sumqayıt" "Qəbələ"ni minimal hesabla məğlub etdi: 28-ci turda qələbə - YENİLƏNİB + VİDEO

Bu gün futbol üzrə Misli Premyer Liqasının 28-ci turuna yekun vuruldu.

İdman.Biz xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmada meydan sahibləri "Qəbələ"nı minimal hesabla məğlub etdilər - 1:0.

"Sumqayıt" bu qələbə sayəsində xallarını 35-ə çatdıraraq turnir cədvəlinin yeddinci pilləsindəki yerini möhkəmləndirib. "Qəbələ" isə 19 xalla 11-cidir.

19:06

"Sumqayıt" - "Qəbələ" qarşılaşmasında ikinci hissə başladı. İlk yarıdan sonra hesab 1:0-dır.

18:49

Misli Premyer Liqasının 28-ci turunun son oyunu olan "Sumqayıt" - "Qəbələ" qarşılaşmasında ilk 45 dəqiqə başa çatıb. Ev sahibi 1:0 öndədir.

18:23

"Sumqayıt" hesabı açır. Oyunun 19-cu dəqiqəsində Höccət Haqverdi fərqlənib.

17:55

Misli Premyer Liqasının 28-ci turunun son oyunu - "Sumqayıt" - "Qəbələ" qarşılaşması başladı.

17:00

Misli Premyer Liqasının 28-ci turunda bu gün keçiriləcək "Sumqayıt" - "Qəbələ" matçı üçün heyətlər bəlli olub.

"Sumqayıt": 22. Xəyal Fərzullayev (k) 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 75. Nadir Orucov 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 6. Sedrik Badolo 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 97. Vüsal Paşayev 9. Aleksandr Ramalinqom 25. Abdul Raşid Mumini

"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 14. Domi Massumo 30. Prins Ovusu

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare

12:15

Bu gün futbol üzrə Misli Premyer Liqasının 28-ci turuna yekun vurulur. Günün ikinci qarşılaşması Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, "Sumqayıt" "Qəbələ"nı qəbul edəcək.

Oyun saat 18:00-da başlayacaq.

Qeyd edək ki, ev sahibi komanda 32 xalla turnir cədvəlinin yeddinci pilləsindədir. "Qəbələ" isə 19 xalla 11-cidir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 28-ci tur
19 aprel
19:30. "Sumqayıt" - "Qəbələ"

Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:20

Serbiya Futbol Assosiasiyası azarkeş davranışı üçün cərimələndi

Voleybol
Bu gün, 10:02

Azərbaycanın U-20 qadın voleybol millisi Polşa ilə qarşılaşacaq;

Futbol
Bu gün, 10:00

Slovan Bratislava ‘Sabah’ın futbolçusuna təklif göndərə bilər

Futbol
Bu gün, 09:53

Azərbaycan UEFA reytinqində 24-cü pillədə qalaraq mövqeyini saxladı

Basketbol
Bu gün, 09:43

Azərbaycan Basketbol Liqasında IV Turun İlk Oyununda Sabah NTD-İ Həsr Olunur;

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Futbol
Bu gün, 08:40

İsveç U-15 milli komandası Bakıda keçiriləcək dünya kubokunda iştirak etməyəcək

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Oxşar xəbərlər