top
Sergi Yalçın Türkiyə milli yığmasının yeni baş məşqçisi təyin olundu və 4 illik müqavilə imzaladı Idman.biz
Bu gün, 17:58
- ↺ +

Sergi Yalçın Türkiyə milli yığmasının yeni baş məşqçisi təyin olundu və 4 illik müqavilə imzaladı

Türkiyə futbol millisinin yeni baş məşqçisi Sergen Yalçınla dördillik müqavilə imzalanıb. 53 yaşlı mütəxəssis Vinçentso Montellanı əvəzləyib.

İdman.Biz xəbər verir ki, imzalanma mərasimi Türkiyə Futbol Federasiyasının (TFF) Rivadakı mərkəzində keçirilib.

Tədbirdə çıxış edən TFF prezidenti İbrahim Hacıosmanoğlu Yalçının futbol biliyinə və təcrübəsinə güvəndiklərini bildirib. O, milli komandanın beş ildən sonra yenidən türkiyəli mütəxəssisə həvalə olunmasından məmnunluğunu ifadə edib.

Sergen Yalçın isə yeni vəzifəsinin karyerasında xüsusi yer tutduğunu vurğulayıb:

"Bu, karyeramın ən mühüm günlərindən biridir. Milli komanda hər şeydən üstündür. Qarşıda bizi çox uğurlu günlərin gözlədiyinə inanırıq. Bu yolda hər kəsin dəstəyinə ehtiyacımız var".

Mütəxəssis özünü xalqın baş məşqçisi adlandıraraq milli komandada birlik və komanda ruhunu gücləndirmək istədiyini bildirib.

O, futbolçuların seçimində ədalətli davranacaqlarını da qeyd edib. Yalçının sözlərinə görə, yığmanın qapısı bütün oyunçuların üzünə açıq olacaq və heyət müəyyənləşdirilərkən onların performansı əsas götürüləcək.

Yeni baş məşqçinin köməkçiləri də müəyyənləşib. Serhat Mert məşqçilər korpusunun koordinatoru, Murat Kaytaz köməkçi məşqçi, Niyazi Eniseler və Emre Gürbüz fiziki hazırlıq üzrə məşqçilər, Erol Ayçiçek isə qapıçılar üzrə məşqçi vəzifəsini icra edəcək.

Tarık Yiğit Egeli və Okan Aydıner oyun və performans analitikləri, Muhammet Nuri Püren isə onların köməkçisi olacaq.

Qeyd edək ki, Sergen Yalçın futbolçu karyerası ərzində Türkiyə millisində 37 oyun keçirib və beş qol vurub. O, məşqçi kimi 2020/2021 mövsümündə "Beşiktaş"ı Türkiyə çempionluğuna və ölkə kubokunda qələbəyə aparıb.

Yeni müqaviləyə əsasən, Yalçın Türkiyə millisini 2030-cu ilə qədər çalışdıracaq. Komandanın əsas hədəfləri arasında 2028-ci il Avropa çempionatı və 2030-cu il dünya çempionatı yer alır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:59

Mauro İkardi Betislə görüşlər keçirir

Futbol
Bu gün, 18:56

Mançester Siti'li Fil Foden Çempionlar Liqasında üçüncü turun ən yaxşı futbolçusu seçildi

Digər
Bu gün, 18:43

“Beşiktaş”ın baş məşqçisindən “Kristal Palas”la oyun öncəsi qərar

Digər
Bu gün, 18:35

“Səbail” iki Avropa klubu ilə əməkdaşlığa hazırlaşır

Digər
Bu gün, 18:29

“Bizi gözəl günlər gözləyir, buna inanıram”

Qarabağ FK
Bu gün, 18:29

Vaqif Cavadov “Sabah” - “Qarabağ” qarşılaşmasından gözləntilərini bölüşdü

Digər
Bu gün, 18:23

Argentina millisi Skaloni ilə razılıq əldə etdi

Futbol
Bu gün, 18:10

Arsen Vengerin Bakıya səfəri ehtimalı – Asim Xudiyev məşhur fransalı mütəxəssislə görüşüb

Futbol
Bu gün, 18:00

Ukrayna jurnalisti Yuri Vernidubun “Dinamo” baş məşqçisi üçün ideal namizəd olduğunu bildirir

Basketbol
Bu gün, 17:55

"Sabah" basketbol komandası Mersinsporun kapitanı Orxan Aydın Hacıyevi transfer edib

Digər
Bu gün, 17:47

Famil Xəlilov: “Məqsədimiz Azərbaycanı layiqincə təmsil etməkdir”

Futbol
Bu gün, 17:45

II Liqada 12 oyunun dəqiq vaxtları müəyyənləşdirildi

Digər
Bu gün, 17:42

“Real” ikiillik boykotdan sonra “Qızıl top” mərasiminə qayıdır

Digər
Bu gün, 17:40

Lamin Yamal Londona şəxsi təyyarə ilə yollanacaq

Digər
Bu gün, 17:37

“Mançester Yunayted”in 746 gündür saçını kəsdirməyən azarkeşi: “Utanıram”

Futbol
Bu gün, 17:20

I Liqada 6-cı turun nəticələri

Futbol
Bu gün, 17:18

Portuqaliya millisində Ronaldunun qayıtması üçün sərt şərtlər tələb olunur

Digər
Bu gün, 17:10

Nazim Süleymanov U-15 dünya çempionatından gözləntilərini açıqladı

Futbol
Bu gün, 17:03

Şahdağ-Qusar yarımmüdafiəçisi Mahrab Baxşalı: Çempionluqdan irəli heç nə yoxdur

Futbol
Bu gün, 17:00

Şamaxı Şəfa'yı məğlub etdi: Oruc Məmmədov nəticələrin gözlənilmədiyini vurğuladı

Futbol
Bu gün, 16:55

Klopp, “El‑Klasiko”da Barcelona’yı dəstəkləyəcəyini açıqladı

Digər
Bu gün, 16:47

“Şəfa”da “Kəpəz”lə oyun öncəsi itki

Digər
Bu gün, 16:40

Kontenin “Mançester Yunayted”ə keçidi sual altındadır

Oxşar xəbərlər