top
Səbail növbəti mövsüm I Liqada 2-3 legionerlə çıxış edəcək Idman.biz
Bu gün, 16:58
- +

"Səbail" növbəti mövsüm I Liqada 2-3 legionerlə çıxış edəcək

"Səbail" klubu Azərbaycan I Liqasında 2 və ya 3 legionerlə mübarizə aparmaq niyyətindədir.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Elvin Məmmədov açıqlama verib.

Mütəxəssis daha çox yerli oyunçulara şans vermək istədiklərini söyləyib: "Artıq 10 gündür yeni mövsümün hazırlıqlarına başlamışıq. Hər şey qaydasındadır. Heyətimiz yavaş-yavaş komplektləşir. 2-3 futbolçunun yolunu gözləyirik. Onlar da gəldikdən sonra yeni mövsümə tam hazır olacağıq. Həmin futbolçular ön xətt oyunçuları olacaqlar. Yerlilərdən də danışıq apardığımız oyunçular var. Lakin rəsmi olmadığı üçün adlarını açıqlaya bilmirəm. Növbəti mövsümdə maksimum 2 və ya 3 legionerlə çıxış etmək niyyətindəyik".

E.Məmmədov çempionatda ev oyunlarını "ASCO Arena"da keçirəcəklərini söyləyib: "Matçlarımızı "ASCO Arena"da oynayacağıq. Hazırda məşqləri burada davam ediririk. Mətbuatda yazılanlar o qədər də həqiqəti əks etdirmir. Hər şey qaydasındadır".

Baş məşqçi komandanın Premyer Liqanı tərk etməsindən sonra aşağı yaş qruplarının ləğv olunmasına da toxunub: "Mən daha əvvəl bu klubun U-19 komandasında da işləmişəm. Oradan 3 nəfəri heyətə cəlb etmişik. Həmin uşaqların hamısının qalmasını istəyərdik. Onlar bizim gələcəyimiz idi. Amma olmadı. Hər biri yeni klublarda çıxış edəcəklər, anlaşdıqları komandalar da var. Ümid edirəm ki, yenidən Premyer Liqaya qayıdacağıq və həmin gəncləri heyətə cəlb edəcəyik".

Qeyd edək ki, I Liqanın reqlamentinə əsasən, komandalara matçlarda ən çox üç legionerin xidmətindən istifadə etməyə icazə verilir. Klublar mövsüm ərzində heyətlərinə 7 əcnəbi futbolçu cəlb edə bilərlər. I Liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:29

"İmişli" "Sumqayıt 2" ilə heç-heçə etdi

Futbol
Bu gün, 19:27

Tuqay Əlizadə "Araz-Naxçıvan"dan "Səbail"ə transfer olundu

Futbol
Bu gün, 19:26

"Vulverhempton" Devid Meller Volfu transfer etdi

Futbol
Bu gün, 19:14

Eduardo Kunde: "Komandaya adaptasiya olmağa çalışıram"

Futbol
Bu gün, 19:08

Eduardo Kunde: "Qəbələ"yə adaptasiya olmağa çalışıram

Futbol
Bu gün, 19:02

Eduardo Kunde: "Tezliklə çempionatda oynamağa hazır olacam"

Futbol
Bu gün, 18:59

Duşan Tadiç "Əl-Vahda" ilə müqavilə imzaladı - RƏSMİ

Futbol
Bu gün, 18:51

Komanın "Əl-Nəsr"ə keçidi gündəmdə

Futbol
Bu gün, 18:33

"Liverpul" Jotanın formasından gələn gəliri LFC Fonduna bağışlayacaq

Futbol
Bu gün, 18:29

"Zirə" - "Şamaxı" yoxlama oyununun vaxtı və məkanı dəyişdi

Futbol
Bu gün, 18:27

Şahin Diniyev: "Omoniya" "Araz-Naxçıvan"ı hər cəhətdən üstələdi, geridönüş çətindir

Futbol
Bu gün, 18:08

Bəxtiyar Həsənalızadə: "Omoniya" "Aris"dən iki dəfə güclüdür, yorğunluq oldu - MÜSAHİBƏ

Futbol
Bu gün, 18:07

Şahin Diniyev: "Araz-Naxçıvan" - "Omoniya" cavab oyunu imic baxımından vacibdir

Futbol
Bu gün, 18:00

FİF əməkdaşları Qazax və Ağstafada klubların dayanıqlılığını müzakirə edib

Futbol
Bu gün, 17:50

Julio Romao: "Əvvəlcə "Ludoqorets"i məğlub etməliyik, sonra "Qarabağ" haqqında düşünərik"

Futbol
Bu gün, 17:40

İlya Zabarnı PSJ-yə transfer olunur: 67 milyon avroya razılaşma əldə olundu

Futbol
Bu gün, 17:34

Futbolun İnkişaf Fondunun əməkdaşlarının Ağstafa və Qazax rayonlarına səfəri: klublara dəstək və sosial layihələr

Futbol
Bu gün, 17:32

"Beşiktaş" Yakub Arda Kılıçı "Novi Pazar"a icarəyə verib

Futbol
Bu gün, 17:20

Robert Levandovski zədə səbəbindən "Komu" ilə oyunu buraxacaq

Futbol
Bu gün, 17:16

Futbolun İnkişaf Fondunun əməkdaşları Ağstafa və Qazax rayonlarında klubların dayanıqlılığını müzakirə edib, idman ləvazimatları bağışlayıb

Boks
Bu gün, 17:13

Rüfət "Baku" İsrafilbəyov: ABŞ rinqlərindən Vətənə - Boksçu diasporanın müsahibəsi

Futbol
Bu gün, 17:00

"İmişli" Tuncay Yusifli ilə müqavilə imzaladı

Futbol
Bu gün, 16:49

Robert Levandovski zədə səbəbindən "Joan Gamper" Kubokunu buraxacaq

Oxşar xəbərlər