2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən "Səbail" 4 legionerlə rəsmi müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son olaraq Braziliyanın "Ferroviario" klubunda çıxış etmiş 30 yaşlı hücumçu Felipe Hulkla 1+1 illik müqavilə imzalanıb. Hulk yeni mövsümdə paytaxt təmsilçisinin heyətində 99 nömrəli forma ilə çıxış edəcək.
Növbəti transfer Portuqaliyanın "Braqa" klubunun yetirməsi olan Yan Saiddir. 23 yaşlı mərkəz hücumçusu "Braqa B"nin heyətində ümumilikdə 79 qarşılaşmada 15 qol vurub. Yan Said 9 nömrəli formanı geyinəcək.
Daha bir transferim isə son olaraq Lüksemburqun "Dudelange" klubunda çıxış etmiş Aldo Josue Gomes Soaresdir (Dinho). 26 yaşlı hücumçu ötən mövsüm "Dudelange"nin heyətində 22 qarşılaşmada 7 qola imza atıb. O, "Səbail"də 80 nömrəli forma ilə çıxış edəcək.
Komandanın digər yeni transferi isə ötən mövsümü "Şahdağ Qusar"da keçirmiş Peter Agblevordur. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Peter Agblevor yeni mövsümdə 22 nömrəli forma ilə mübarizə aparacaq.