AFFA-nın Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin "Şamaxı"nın U-15 komandasının məşqçisi Vüqar Süleymanovla bağlı qərarını əsassız və AFFA İntizam Məcəlləsinə zidd olduğuna görə ləğv edib.
İdman.biz xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
U-15 Liqasında, "Şamaxı" – "Metak" matçında meydan sahiblərinin adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanovun pozuntuya yol verməsinə görə ona AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinə əsasən müstəsna hal kimi 1 il müddətinə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının təyin edilməsi barədə İntizam Komitəsinin qərarı əsassız və AFFA İntizam Məcəlləsinə zidd hesab edilib.
Vüqar Süleymanov 6 oyun diskvalifikasiya olunub, "Şamaxı" 500 manat məbləğində cərimələnib. Apellyasiya şikayətinin qalan hissəsi təmin edilməyib.
İdman.biz