Misli Premyer Liqasının 2-ci turu davam edir.
İdman.biz xəbər verir ki, 3-cü oyun günündə 2 matç baş tutacaq.
İlk qarşılaşma Şamaxıda keçirilir. Meydan sahibləri "Sabah"ı qəbul edir.
"Qarabağ"la ilk turun matçı təxirə salındığından bu, paytaxt təmsilçisinin yeni mövsümdə ilk oyundur. "Şamaxı" isə birinci turda "Neftçi" səfərindən 1 xalla (1:1) qayıdıb.
Günün ikinci matçında "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Tovuz klubu ilk turda səfərdə "İmişli"yə qalib gəlib (1:0). Naxçıvan təmsilçisi isə "Zirə" ilə xalları yarı bölüb (1:1).
24 avqust (bazar)
17:00. "Şamaxı" - "Sabah" - 1:1
Qol: Coy Lens Mikels, 1
Baş hakim: Rəşad Əhmədov
"Şamaxı": 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 44. David Santos, 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara,19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov
"Sabah": 92. Stas Pokatilov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 18. Pavol Safranko (k), 40. İqor Noqeyra, 3. Stiv Solvet, 13. İvan Lepiniça, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 80. Akim Zedadka, 70. Cesse Sekidika, 33. Umarali Raxmonaliyev
Baş məşqçi: Valdas Dambrauskas
Şamaxı şəhər stadionu
19:30. "Turan Tovuz " - "Araz-Naxçıvan"
Baş hakim: Tural Qurbanov
"Azersun Arena"
İdman.biz