Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 2023-cü ildə "Qarabağ"dan ayrılaraq Türkiyənin "Adana Demirspor" klubuna keçməsinin səbəbini açıqlayıb.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, 31 yaşlı qolkiper bu barədə "PODKAT" layihəsində danışıb.
O, bu qərarın səbəblərindən biri kimi həmin vaxt UEFA Çempionlar Liqasının təsnifat mərhələsində Polşa təmsilçisi "Rakuv"a uduzmalarını göstərib.
Oyunçu matçda yol verdiyi səhvlərə görə sərt tənqidlərə məruz qaldığını vurğulayıb: "Artıq dözə bilmirdim. Mən emosiyalarla oynayıram və bu, mənim üçün çox çətin idi".
Qeyd edək ki, 2016-2023-cü illərdə Ağdam təmsilçisinin formasını geyinən oyunçu 2024-cü ildə "Qarabağ"a qayıdıb.
İdman.biz