UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sele"yə (Sloveniya) iki oyunun nəticəsinə əsasən məğlub (2:3, 3:3) olan "Sabah" mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək.
"Report"un məlumatına görə, paytaxt klubunun turnirin II təsnifat mərhələsindəki rəqibi də müəyyənləşib.
Belə ki, "Sabah" Moldova təmsilçisi "Petrokub"la münasibətləri aydınlaşdıracaq. Bu komanda UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Maltanın "Birkirkara" klubunu iki oyunun nəticəsinə görə (0:1, 3:0) mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, "Sabah" ilk oyununu səfərdə keçirəcək. UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də oynanılacaq.