Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan 12 günlük fasilə başa çatıb.
Sportinfo.az xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə start verilib.
12-ci turun ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "İmişli" "Zirə"ni qəbul edib. Qonaqlar iki qolla hesabda önə çıxsalar da, meydan sahibləri Seyxan Fərəcovun dublu ilə bərabərliyi təmin edib. Fərəcov hər iki qolu penaltidən vurub.
Digər görüşdə isə "Sabah" "Sumqayıt"ın qonağı olub. Matçda paytaxt təmsilçisi 5:1 hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində "Sabah" turnir cədvəlində liderliyə yüksəlib.
XII tura noyabrın 22-də yekun vurulacaq.
14:30. "İmişli" – "Zirə" 2:2
Qollar: Seyxan Fərəcov 71(p), 75 (p) // Davit Volkov 44, Rikardo Martins 55
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev
VAR: Kamranbəy Rəhimov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Yevlax şəhər stadionu
"İmişli": 1. Yusif İmanov, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 33. Əkbər Eyubov, 13. Rafael Vieqaş, 21. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 7. Luis Silvestr
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 99. İmam Əli, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 30. Xəlil Mürsəlli, 87. Toğrul Haqverdiyev, 6. Yau Mozes, 10. Dioqo Kardozu, 8. Xuan Hernandes, 42. Sebai Senin
Məşqçi: Ervins Perkons
"Zirə": 12. Maykon Kleyton, 32. Qismət Alıyev (k), 11. Ayxan Hüseynov, 4. Ruan Renato, 9. Davit Volkov, 21. Rikardo Martins, 17. Filipe Vieyra, 3. Dimitri Leqbo, 7. Eren Aydın, 33. Mehdi Mişahşah, 29. Kris Diqbeu
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 72. Hüseynəli Quliyev, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 2. Amin Seydiyev, 14. Elçin Əlicanov, 57. Yusif Hacıyev, 10. Giorgi Papunaşvili, 23. Dameyn Smit
Baş məşqçi: Rəşad Sadıqov
19:00. "Sumqayıt" – "Sabah" 1:5
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qollar: Sedrik Badolo, 30 - Ksander Severina, 22, 41, Timoteuş Puxaç, 52, Aleksey İsayev, 64, Xəyal Əliyev, 82
"Sumqayıt": 16. Marko Yohanson, 17. Nihad Əhmədzadə, 18. Roi Kehat, 19. İsa Suliman (k), 20. Sedrik Badolo, 21. Ronaldo Vaskez, 22. Keffel Resende, 23. Lukas Blek, 24. Mamadi Banqre, 25. Tiaqo Almeyda, 26. Renan Santana
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 23. Ülvi Abbaslı, 24. Rüstəm Əhmədzadə, 25. Emil Mustafayev, 26. Ayxan Süleymanlı, 27. Rüfət Əhmədov, 28. İmani Barker
Baş məşqçi: Filipe Kandido
"Sabah": 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 80. Akim Zedadka, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 37. Du Keyros, 33. Junior Almeyda, 34. Ksander Severina 18. Karlos Eduardo, 4. Eyden Makkarti, 8. Kristian Nvaçukvu
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 16. Rauf Rüstəmli, 9. Xəyal Əliyev, 3. Stiv Solvet, 11. Kahim Parris, 99. Patrik Mbina, 88. Rodriqo Fernandeş, 7. Umarali Raxmonaliyev, 23. Yunes Laşaab
Baş məşqçi: Valdas Dambrauskas