top
Realda böhran: Məğlubiyyətlər, istefalar və Peresin Neqreyra manevri Idman.biz
03 mart 2026, 16:05
- ↺ +

"Real"da böhran: Məğlubiyyətlər, istefalar və Peresin "Neqreyra" manevri

İspaniyanın "Real" klubunda sular durulmur. La Liqanın son turunda doğma meydanda "Xetafe"yə 0:1 hesablı şok məğlubiyyət Madrid klubunda böhranın görünməyən tərəflərini də üzə çıxarıb. Final fitindən sonra tribunalardan yüksələn "Florentino, istefa!" şüarları təkcə bir oyunun yox, son aylarda ard-arda verilən yanlış qərarların nəticəsidir.

İdman.Biz xəbər verir ki, klub daxilindəki gərginlik yanvar ayında Xabi Alonsonun gözlənilmədən istefaya göndərilməsi ilə başlayıb. İspaniya Superkubokunun finalında "Barselona"ya məğlubiyyətdən cəmi bir neçə saat sonra rəhbərlik əfsanəvi futbolçu ilə yolları ayırdığını açıqlayıb. Alonsonun yerinə gətirilən Alvaro Arbeloa isə hələ ki, azarkeşlərin və rəhbərliyin etimadını doğrulda bilmir.

Niyə məhz indi? 12 oyunda 4 məğlubiyyət

"Real"ın son 12 qarşılaşmada 4 dəfə meydanı məğlub tərk etməsi (o cümlədən son iki turda "Osasuna" və "Xetafe"yə uduzması) komandadakı sistem problemini ifşa edib. Avropa mediası bu uğursuzluğun bir neçə səbəbini vurğulayır. Bunlardan biri Alonso mirasının dağılmasıdır. Xabi Alonsonun qurduğu taktiki nizamın Arbeloa tərəfindən qoruna bilməməsi komandanın hücum xəttindəki yaradıcılığını itirməsinə səbəb olub. Digər səbəb isə Mbappe və Bellinqemin itkisidir. Onların zədə səbəbindən mühüm matçları buraxması "Real"ı hücumda "dişsiz qoyub". "Xetafe" ilə oyunda 80%-ə yaxın topa sahib olmağa baxmayaraq, qol vura bilməmək bu boşluğun ən bariz nümunəsidir. Ən son səbəb isə psixoloji gərginlikdir. Kral Klubunun həm Kral Kubokundan kənarlaşması, həm də La Liqada "Barselona"dan dörd xal geri qalması oyunçular üzərindəki təzyiqi artırıb.

"Neqreyra işi" - Florentino Peresin xilas kəməri?

Böhranın dərinləşdiyi bir məqamda "Real" rəhbərliyinin "Neqreyra işi"ni ("Barselona"nın hakim komitəsinin keçmiş rəsmisinə ödəniş etməsi) yenidən manşetlərə çıxarması təsadüfi sayılmır. Beynəlxalq təhlilçilər hesab edir ki, bu, Peresin azarkeşlərin diqqətini öz üzərindən yayındırmaq üçün istifadə etdiyi strateji gedişdir.

"Real" son günlərdə "Barselona"nın 2010-2021-ci illər üzrə maliyyə auditlərinə çıxış tələb etsə də, məhkəmə bu istəyi rədd edib. Buna baxmayaraq, Madrid klubu UEFA-ya təzyiq göstərərək əzəli rəqibinin avrokuboklardan kənarlaşdırılması üçün mübarizəsini davam etdirir. Laporta isə bu hücumları "Real"ın institusional qorxusu" adlandıraraq cavab verib.

Xatırladaq ki, "Neqreyra işi" çərçivəsində "Barselona"nın 2001-2018-ci illər arasında 8.4 milyon avro (təxminən 16.8 milyon AZN) ödəniş etdiyi iddia edilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Oxşar xəbərlər