AFFA və AMF-in təşkilatçılığı ilə minifutbol üzrə keçirilən "Vur Cup 2" U-19 liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
İdman.biz xəbər verir ki, baş tutan qarşılaşmalar məhsuldarlığı ilə seçilib.
4 görüşdə qapılara 27 qol vurulub, 1-də heç-heçə qeydə alınıb. Komandalar 1/4 final mərhələsinin ikinci qarşılaşmasını mayın 19-da keçirəcəklər.
Aprelin 6-da sağlam həyatın təbliğinə və pis vərdişlərlə mübarizəyə həsr olunan "Vur Cup"da final isə iyunun 9-da oynanılaycaq. Yarışın yaradıcısı və təsisçisi gənc futbolsevər Altay Adıgözəlov-Mustafayevdir. Turnirin təşkilatçısı isə Caspian İnteqrasiya Sistemləri şirkətidir.
Qeyd edək ki, 32 komandanın iştirakı ilə start götürən yarışda hər qrupdan ilk 2 yeri tutan komandalar 1/4 finala yüksəliblər.
"Vur Cup 2"
1/4 final, ilk oyunlar
"Vikings" - "MYC Tigers" - 2:2
"Landau Lions" - "Elitar" - 3:5
"Glodemia" - "134 Warmers" - 8:1
"Ada Black Rose" - "Roof Academy" - 4:2
İdman.biz