Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 4-cü matçına çıxacaq. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi Norveçdə "Bodo Qlimt"i ilə qarşılaşacaq.
Hazırda Avroliqanın turnir cədvəlində "Qarabağ" 0 xalla sonuncu - 36-cıdır. "Bodo Qlimt" isə 7 xalla 9-cu pillədə qərarlaşır.
Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda "Malmö"yə (1:2), 3-cü turda isə "Ayaks"a (0:3) məğlub olub.
"Bodo Qlimt" əvvəlcə "Portu"nu üstələyib (3:2), 2-ci turda "Yunion"la heç-heçə edib (0:0), daha sonra isə "Braqa"ya qalib gəlib (2:1).
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Oyunu Portuqaliyadan olan hakimlər idarə edəcəklər.
Avropa Liqası
Liqa mərhələsi, IV tur
21:45. "Bodo Qlimt" (Norveç) - "Qarabağ" (Azərbaycan) 0:0 (Birinci hissə)
Hakimlər: Luis Qodinyo, Rui Teixeira, Pedro Almeida, Andre Narciso (hamısı Portuqaliya)
"Aspmira" stadionu
"Bodo Qlimt": 12. Nikita Haikin, 20. Fredrik Sjovold, 2. Villads Nielsen, 4. Odin Bjortuft, 15. Fredrik Andre Bjorkan, 26. Hakon Evjen, 7. Patrik Berq (k), 14. Ulrik Saltnes, 77. Filip Zinckernagel, 23. Jens Petter Hauge, 94. August Mikkelsen
Baş məşqçi: Kjetil Knutsen
"Qarabağ": 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 8. Marko Yankoviç, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Emmanuel Adday, 23. Aleksey Kaşuk, 18. Juninyo
Baş məşqçi: Qurban Qurbanov