Bu gün Premyer Liqada XXXIV tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, turun son günündə iki matç keçiriləcək.
Günün ilk qarşılaşması Qəbələdə baş tutacaq. Bölgənin eyniadlı komandası "Sabah"I qonaq edəcək. Meydan sahiblərinin elitanı tərk edəcəyi artıq rəsmiləşib. "Bayquşlar" isə avrokuboklar vəsiqə uğrunda mübarizə apardığından bu matçın onlar üçün böyük əhəmiyyəti var.
Qeyd edək ki, oyunun start fiti 17:00-da səslənəcək.
Misli Premyer Liqası
IV dövrə, XXXIV tur
17:00. "Qəbələ" – "Sabah"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ. Şəhər stadionu