UEFA Millətlər Liqasının qrup mərhələsinin V turu davam edir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycan millisi "doğma divarlar" arasında Estoniyanı qəbul edir.
Qəbələdəki qarşılaşma yığmamızın Millətlər Liqasındakı mövqeyi baxımından taleyüklü matçdır. C liqasının 1-ci qrupunda mübarizə aparan Fernandu Santuşun yetirmələri Slovakiya (0:2, 1:3), İsveç (1:3) və Estoniyaya (1:3) məğlubiyyətlərdən sonra sonuncu pillədə qərarlaşıb. Yığmamız 4-cü yeri tutmamaq üçün məhz Baltikyanı ölkə təmsilçisi ilə mübarizə aparır.
Millimiz sonuncu olmamaq şansını saxlamaq üçün mütləq qalib gəlməlidir. Yığmamız Estoniya ilə qarşılaşmada xal itirsə, 1-ci qrupda sonuncu yeri tutacağı indidən rəsmiləşəcək.
Qeyd edək ki, matçın start fiti saat 18:00-da sələnəcək.
Millətlər Liqası
C Liqası, V tur
18:00. Azərbaycan - Estoniya 0:0 (fasilə)
Hakimlər: John Beaton, Daniel McFarlane, David McGeachie, Matthew MacDermid (hamısı Şotlandiya).
VAR: Andrew Dallas (Şotlandiya)
AVAR: Nicolas Walsh (Şotlandiya)
Hakim-inspektor: Albano Janku (Albaniya)
UEFA nümayəndəsi: Ewa Gajewska (Polşa)
Azərbaycan: 23. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 21. Abbas Hüseynov, 6. Ozan Can Kökcü, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular:1. Nicat Mehbalıyev, 12. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivostyuk, 8. İsmayıl İbrahimli, 9. Nəriman Axundzadə, 10. Mustafa Əhmədzadə, 14. Zamiq Əliyev, 16. Rüfət Abdullazadə, 18. Ceyhun Nuriyev, 19. Xəyal Nəcəfov
Baş məşqçi: Fernandu Santuş
Estoniya: 12. Karl Heyn, 4. Mikael Larsen, 18. Karl Mets, 16. Yonas Tamm, 13. Maksim Paskoçi, 20. Markus Poom, 11. Kevor Plumets, 17. Martin Miller, 5. Roko Şeyn, 23. Vlasi Sinyavski, 8. Henri Anier
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Vallner, 2. Markus Sumets, 3. Yozef Saliste, 6. Rasmus Pitson, 7. Robi Saarma, 9. İoan Yakovlev, 10. Sergey Zenyov, 14. Patrik Kristal, 15. Aleks Tamm, 19. Mikael Lilander, 21. Martin Vetkal