top
“Qarabağ”ın təşəbbüsü ilə futbol klublarının alyansı yaradıldı Qarabağ FK
16 noyabr 2024, 23:51
- ↺ +

“Qarabağ”ın təşəbbüsü ilə futbol klublarının alyansı yaradıldı

"Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. Yeni qurum COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, "Qarabağ" və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunub.

Bununla bağlı Bakıda təşkil olunan "İqlim naminə Futbol" adlı tədbir "Sky sports"un məşhur idman şərhçisi David Qarridonun moderatorluğu ilə baş tutub. Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın Avropa və İslam Həmrəylik Oyunları, "Formula 1" kimi böyük turnirlərə və 2019-cu ildə Avropa Liqasının "Çelsi" və "Arsenal" arasında keçirilən final matçına ev sahibliyi etdiyini, Bakının idman tədbirlərinin mərkəzinə çevrildiyini vurqulayıb. Nazir 4 milyarddan çox izləyiciyə sahib futbolun mühüm iqlim konfransının bir parçası olmasının əhəmiyyətini qeyd edib. COP29-un rəsmisi Yalçın Rəfiyev misilsiz təşəbbüsə rəhbərlik etdiyinə görə "Qarabağ"a, bu təşəbbüsün əhəmiyyətini dərk etdiyinə və dəstək verdiyinə görə Avropa Klublar Assosiasiyasına (ECA) təşəkkür edib.

Klubumuzun prezidenti Tahir Gözel isə dünyanın ən nüfuzlu klublarının bu təşəbbüs ətrafında toplaşmasının qürurverici hal olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu təşəbbüs futbolun iqlim dəyişmələrinə qarşı mübarizəsində populyarlığından istifadə etmək məqsədi daşıyır.

Tədbir iştirakçıları iqlim dəyişikliyi ilə mübarizədə idmanın təsiri haqqında geniş müzakirələr apardıqdan sonra qonaqlar çıxış ediblər. Dünya futbolunda dayanıqlılıq lideri olan "Liverpul" və bu sahədə ön sıralarda yer alan "Udineze"nin nümayəndələri

zəngin təcrübələrini digər klublarla bölüşüblər. Tədbirə qatılan klublar dayanıqlılıqla bağlı sınaqdan keçirdikləri unikal layihələr barədə təqdimat ediblər.

Ardınca futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. Yeni qurumda "Qarabağ"la yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10 klub yer alıb. Bunlar "Liverpul", "Tottenhem" (hər ikisi İngiltərə), "Atletiko Madrid", "Real Betis" (hər ikisi İspaniya), "Fənərbaxça", "Qalatasaray" (hər ikisi Türkiyə), "Udineze" (İtaliya), "Porto" (Portuqaliya), "Flamenqo" (Braziliya) və "Malmö" (İsveç) klublarıdır. Alyansın yaradıcıları hesab olunan bu klubların nümayəndələri yeni qurumun təsis edilməsi barədə sənədə imza atıblar.

Beləliklə, dünyanın 11 tanınmış klubu öz öhdəliklərinin bəyannaməsini imzalamaqla və insanları iqlim dəyişmələri üçün hərəkətə keçməyə çağırmaqla həmrəylik nümayiş etdiriblər. Futbol klubları bu məqsədlə dayanıqlı təcrübələr tətbiq etmək, məlumatlılığı artırmaq, futbolun populyarlığından istifadə etməklə iqlim dəyişmələrinə qarşı mübarizəni təşviq etməyə, təkcə bir-biri ilə deyil, "İqlim Fəaliyyəti üçün UNFCCC İdman" da daxil olmaqla, digər müvafiq təşkilatlarla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Oxşar xəbərlər