"Barselona"nın prezidenti Xuan Laporta Bakıda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda yerləşən Mavi zonanı ziyarət edib. Sport24.az xəbər xəbər verir ki, Kataloniya klubunun rəhbəri Mavi zonadakı pavilyonlarla tanış olub və oradakı insanlarla fikir mübadiləsi aparıb.
Qeyd edək ki, COP29 Bakıda noyabrın 11-dən start götürüb.