"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı 6 komandanın adı bəlli olub. "Köhlən atlar"ın III səbətdən "Ayaks" (Niderland) və "Napoli" (İtaliya) klubları ilə üz-üzə gələcəyi müəyyənləşib.
Qeyd edək ki, Ağdam təmsilçisi I səbətdən İngiltərənin "Çelsi" və "Liverpul", II səbətdən isə "Benfika" (Portuqaliya) və "Ayntraxt" (Frankfurt, Almaniya) klublarına rəqib olub.