top
Qarabağın Ayaksa məğlubiyyəti: Mütəxəssislərin rəyləri və tənqidlər Idman.biz
Dünən, 15:44
- +

"Qarabağ"ın "Ayaks"a məğlubiyyəti: Mütəxəssislərin rəyləri və tənqidlər

"Qalib gələndə yaxşı olanı fərqləndirmirlər. Ümumiyyətlə, oyundan sonra olan tənqidlər də ağır idi".

Bu sözləri AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Onun sözlərinə görə, "Qarabağ" qol fürsətlərindən yararlana bilsəydi, ssenari başqa cür olardı:

"Hər matçda yaxşı qol imkanları olur. Səhvlərin olacağı məlum idi. "Ayaks" bəsit qollar vurdu. "Qarabağ" yerli çempionatda çox səhvlər etmir. Lakin Çempionlar Liqası fərqli turnirdir. Ağdam klubu birinci hissədə keyfiyyətli oynadı. Əgər hesab 1:0 olanda ikinci qolu vursaydıq, meydandan qələbə ilə ayrıla bilərdik. Əsasən də ilk yarıda rəqibi sıxışdırmağı bacarmışdıq. Hər oyunu qələbə ilə başa vurmaq olmur. Qurban Qurbanov qol epizodları üzərində işləməlidir", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

A.Mircavadov ikinci hissədə meydana daxil olan Nəriman Axundzadənin də çıxışına toxunub: "Ona dəstək olmaq lazımdır. Mən anlamıram ki, ondan nə istəyirlər. Gənc oyunçudur və inkişaf etmək istəyir. Digər klublarımızda yerli hücumçular yoxdur. Qurban Qurbanov irəli xətdə başqa futbolçunu da meydana buraxa bilər. Lakin Nərimana şans verir. Oyunçular sonradan oyuna daxil olanda çətinlik çəkirlər. Onu tərifləmək lazım deyil. Sadəcə, ürək-dirək vermək lazımdır".

O, Ağdam təmsilçisinin növbəti mərhələyə çıxmaq şansının olduğunu söyləyib: "Kim deyərdi ki, "Qarabağ" səfərdə "Benfika"nı udacaq? Hər şey ola bilər. Komandamız ildən-ilə inkişaf edir. Onlar bu mövsüm daha yaxşı formadadılar".

Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov "Ayaks"ın sıradan komanda olmadığını bildirib:

"Futbolda bu cür nəticələr olur. Qalib gələcəyimiz oyun idi. Təəssüf ki, müdafiədə də səhvlər etdik. Artıq "Qarabağ" özü də böyük komandadır. Amsterdam klubunun oynadığı çempionat ilə bizim liqamız arasında böyük fərq var. Mən bu məğlubiyyətə normal baxıram. Tənqid olmalıdır, lakin insan bəzi tənqidlərlə barışa bilmir".

Mütəxəssis Nəriman Axundzadə haqqında da danışıb: "Nəriman "Braqa" ilə matçda meydana çıxıb oyunun taleyini həll etdi. İndi zəif oynayanda onu tənqid edirik. Futbolda bu cür hallar olur. Qol vursaydı, hər kəs Nərimanı alqışlayacaq və ondan yaxşı futbolçunun olmadığını deyəcəkdi".

Qeyd edək ki, görüş "Ayaks"ın 4:2 hesabı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:10

Qullit: Bellingem "Real Madrid"in ən yaxşı oyunçusudur

Boks
Bu gün, 03:01

Azərbaycan boksçuları Alfonso Dominqes və Məhəmməd Abdullayev dünya çempionatında bürünc medal qazanıblar

Futbol
Bu gün, 02:35

Konfrans Liqası: Liqa mərhələsi, V turun nəticələri

Futbol
Bu gün, 02:32

UEFA Avropa Liqasında VI tur yekunları: "Fənərbağça"dan qələbə və digər nəticələr

Futbol
Bu gün, 02:29

UEFA Konfrans Liqası: "Şaxtyor" və "Kristal Palas"dan səfər qələbələri, digər nəticələr

Futbol
Bu gün, 02:13

UEFA Avropa Liqası: Turun Nəticələri - "Fənərbağça", "Roma" və "Aston Villa"nın Qələbələri də Daxil Olmaqla

Formula 1
Bu gün, 01:59

Lando Norris: Daxilmdəki səs məni çempionluq yolunda kifayət qədər yaxşı olmadığıma inandırırdı

Futbol
Bu gün, 01:41

"İnter Mayami" Rodriqo De Paulun transferini rəsmiləşdirdi

Boks
Bu gün, 01:22

Məhəmməd Abdullayev Boks üzrə Dünya Çempionatının Yarımfinalında Məğlub Oldu

Futbol
Bu gün, 01:05

Ukrayna millisi DÇ-2026-nın pley-off oyunlarını İspaniyada keçirəcək

Futbol
Bu gün, 00:47

Edin Ceko "Fiorentina"dan ayrıla bilər

Formula 1
Bu gün, 00:28

"Mercedes" mühərrik təchiz etdiyi komandaların sayını azaltmağı planlaşdırır

Basketbol
Bu gün, 00:24

"Naxçıvan" "Sərhədçi" üzərində qələbə qazanıb: Azərbaycan Basketbol Liqasının IX turu

Futbol
Bu gün, 00:09

UEFA Konfrans Liqası: "Dinamo Kiyev" və "Samsunspor"un məğlubiyyəti, 5-ci turun nəticələri

Olimpiada
Dünən, 23:43

BOK Belarusda beynəlxalq yarışların keçirilməsinə qoyulan qadağanı ləğv edib

Boks
Dünən, 23:28

U-17 Avropa çempionatında daha 4 Azərbaycan boksçusu növbəti mərhələyə yüksəlib

Futbol
Dünən, 23:25

Noni Madueke Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib

Basketbol
Dünən, 23:13

Azərbaycan Basketbol Liqası: "Naxçıvan" "Sərhədçi" üzərində qələbə qazanıb, "Quba" "Lənkəran"ı məğlub edib - 9-cu tur

Formula 1
Dünən, 22:58

Fettel Markonun "Red Bull"dakı Roluna Dəyər Verdi: Uğurun Memarı

Futbol
Dünən, 22:56

Elan Rikardo "Beşiktaş"a qayıdacaq

Futbol
Dünən, 22:44

Tyerri Anri: ABŞ millisinin son oyunları nikbinlik doğurur, amma daha yaxşı formada olmalıdırlar

Minifutbol
Dünən, 22:32

Futzal üzrə Yüksək Liqa: "Araz-Naxçıvan" "Neftçi" İK-nı məğlub edib

Futbol
Dünən, 22:29

Benzema Fransa Millisinə Qayıdacaqmı?

Futbol
Dünən, 22:26

Raul Bellanova zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq

Oxşar xəbərlər