Bu gün "Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu matçına çıxacaq.
İdman.Biz xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderland təmsilçisi "Ayaks"ın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Görüş "Azərsun Arena"da, saat 14:00-da start götürəcək. Əsas mərhələnin VI turunun (sonuncu turun) matçını macarıstanlı FIFA referisi Marton Ruş idarə edəcək.
Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan U-19 35-ci pillədə qərarlaşıb. Qonaqlar 7 xalla 22-cidir.
Xatırladaq ki, UEFA Gənclər liqasının əsas mərhələsi ümumilikdə altı turdan ibarət olur.