Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununu keçirəcək.
İdman.biz məlumatına görə, Azərbaycan çempionu Xarkov "Metallist"i ilə qarşılaşacaq.
Kaprun stadionunda baş tutacaq matç saat 19:30-da başlayacaq.
Yoxlama oyunu
7 iyul
19:30. "Qarabağ" – "Metallist" (Xarkov, Ukrayna) - 3:5
Qollar: Nəriman Axundov (2). Aleksey Kaşuk
Avstriya, Kaprun stadionu
Qeyd edək ki, Bakı toplanışında "Zirə"ni 4:0 hesabı ilə məğlub edən "Qarabağ" Avstriyada daha 3 yoxlama oyunu keçirəcək.
İdman.biz