"Neftçi"ni tərk edən Yuri Matiasın yeni klubu bəlli olub.
İdman.biz xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını BƏƏ-də davam etdirəcək.
30 yaşlı müdafiəçi "Ajman" klubu ilə anlaşıb. Tərəflər bir illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, Matias "Neftçi"də iki mövsüm keçirib. O, paytaxt klubunu heyətində 71 matçda 10 qol və 3 ötürmə ilə yadda qalıb.
İdman.biz