Bu gün Misli Premyer Liqasının 32-ci turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma eyni vaxtda, saat 17:00-da start götürəcək.
"Qarabağ" paytaxtsa "İmişli"ni qonaq edir. Qonaqlar üçün bu görüş formal xarakter daşıyır. "Pələnglər"in elitada qalacağı bir neçə tur öncədən bəlli idi. Ağdam təmsilçisi isə Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparır. Hazırda aktivində 63 xal olan və ən yaxın izləyicisi "Turan Tovuz"u 4 xal qabaqlayan Qurban Qurbanovun yetirmələri bu oyundan qələbə ilə ayrılacağı halda istəyinə çatacaq və "gümüş"ü rəsmiləşdirəcək.
Qeyd edək ki, turun digər qarşılamaları sabah keçiriləcək.
Misli Premyer Liqası
III dövrə, XXXII tur
17:00. "Qarabağ" - "İmişli" 0:0 (Birinci hissə)
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı
VAR: Əliyar Ağayev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
"Qarabağ": 99. Mateus Koxalski 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
"İmişli": 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 94. Rafael Vieqaş 29. Edvin Banquera 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 90. Riad Abbaszadə 97. Xəzər Mahmudov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 6. Yau Mozes
Baş məşqçi: Jorj Kaşkilya