"Qarabağ"ın UEFA Gənclər Liqasının əsas mərhələsinin VI turunda Bakıda "Ayaks"a (Niderland) qarşı keçirəcəyi oyunun hakim təyinatları bəlli olub. Sport24.az xəbər verir ki, matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Marton Ruş olacaq. Ona Gerqo Viq-Tarsonyi və Balaz Şalay kömək edəcək. Dördüncü hakim funksiyasını isə Cavid Cəlilov yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-da "Azərsun Arena"da, saat 15:00-da start götürəcək.