İdman.Biz xəbər verir ki, "Qarabağ" - "Araz Naxçıvan" oyunu ev sahiblərinin 5:1 hesablı üstünlüyü ilə başa çatıb.
"Qarabağ"ın beşinci qolunu 94-cü dəqiqədə penalti zərbəsindən Toral Bayramov vurub.
Bu hesabdan sonra "Qarabağ" xallarını 33-ə çatdıraraq liderliyə yüksəlib. "Araz-Naxçıvan" isə 23 xalla altıncı sıradadır.
19:05
"Qarabağ" Leandro Andradenin 72-ci dəqiqədə vurduğu qolla hesabı 4:0-a çatdırır. 75-ci dəqiqədə isə Roman Maçado bu toplardan birinin əvəzini çıxır - 4:1.
18:47
Joni Montiel 57-ci dəqiqədə penalti zərbəsindən "Qarabağ"ın üçüncü qolunu vurur. Bu, onun komandada ilk qoludur.
18:16
"Qarabağ" - "Araz Naxçıvan" oyununda ikinci hissə başladı. Ev sahibləri 2:0 üstünlüyə malikdir.
18:33
"Qarabağ" - "Araz Naxçıvan" oyununda birinci hissə başa çatıb. İlk hissədən sonra hesab 2:0-dır.
18:13
Nəriman Axundzadə oyunun 41-ci dəqiqəsində hesabı 2:0 edir.
18:01
"Qarabağ" 30-cu dəqiqədə Toral Bayramovun qolu ilə hesabı açır.
17:30
Misli Premyer Liqasının 15-ci turunun növbəti qarşılaşması "Qarabağ" - "Araz Naxçıvan" oyunu başladı.
16:31
"Qarabağ" Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 17:30-da start götürəcək oyunda meydana aşağıdakı heyətlərlə çıxacaq:
"Qarabağ": 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov
"Araz-Naxçıvan": 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev
09:30
Bu gün Misli Premyer Liqasının 15-ci turunun növbəti qarşılaşması Azersun Arenada keçiriləcək.
İdman.Biz xəbər verir ki, "Qarabağ" "Araz Naxçıvan"ı qəbul edəcək.
Oyun saat 17:30-da başlayacaq. Meydan sahibləri turnir cədvəlində 30 xalla 2-ci, qonaqlar 23 xalla 6-cı sıradadır.
Misli Premyer Liqası
İkinci dövrə, 15-ci tur
14 dekabr
17:30. "Qarabağ" - "Araz Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Azersun Arena.