top
Premyer Liqanı bəzər, özü ... - TƏHLİL İdman.biz
05 may 2024, 12:13
- +

Premyer Liqanı bəzər, özü ... - TƏHLİL

Klublar Komitəsinin son iclasında Premyer Liqada komanda sayının artırılması və bunun hesabına "Qəbələ"nin elitada qalması müzakirə olunmayıb.

İdman.biz xəbər verir ki, hazırda güclülər dəstəsində çıxış edən klubların hamısında "Qəbələ"də yetişən və ya özünü burada tapanlar var.

Premyer Liqa təmsilçiləri üçün baza rolunu oynayan və müxtəlif millilərdə də yetirmələri olan klub indiki reqlamentlə I Liqaya düşməlidir. Mümkün say artımını gözləyən "qırmızı-qaralar"ın digər komandaları necə bəzəməsini nəzərdən keçirək.

Çempion və millinin müdafiəsinin dirəyi
Azərbaycan çempionu "Qarabağ"ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə "Qəbələ" akademiyasının yetirməsidir. O, təkcə Ağdam klubu deyil, millimizin də müdafiəsinin dirəyi sayılır. İstedadlı futbolçunun xarici komandaların da maraq dairəsində olduğu da məlumdur. Hazırkı "Qəbələ"nin yarımmüdafiəçisi Emil Səfərov da "Qarabağ"ın transfer planlarında yer alan oyunçulardan biridir.

Dünənki "Qəbələ"lilərin bu günü və "Sabah"ı
"Sabah"da sabiq "Qəbələ"lilər daha çoxdur. Komandanın kapitanı Elvin Camalov kimi Amin Seydiyevlə Tellur Mütəllimov da bölgə təmsilçisinin yetirmələridir. Azərbaycanda xeyli klub dəyişən gürcüstanlı legioner Davit Volkovu da "Qəbələ"nin tapıntısı, ölkəmizə gətirməsini qeyd edək. "Sabah"ın qapıçısı Nicat Mehbalıyev icarəyə verdiyi "qırmızı-qaralar"la əsas heyət oyunçusuna çevrilmişdi.

Həm yerli, həm legioner
Avrokuboklara iddialı "Zirə"də "Qəbələ"də böyüyən futbolçular hesabına gücünə güc qatıb. "Sabah" kimi qəsəbə klubunun da kapitanı bölgə klubunun akademiyasında yetişib. Qismət Alıyev kimi Hacıağa Hacılı da həmin məktəbdə futbolçu olub. "Qırmızı-qaralar"ın iki legioner tapıntısından da "Zirə" faydalanır. Bunlar Ruan Renato və Rafael Utziqdir.

Qərbə axın
Qərb klubları "Turan Tovuz"la "Kəpəz" də "Qəbələ"nin "hər kənddə, hər şəhərdəki meyvələri"ndən yararlanır. Faiq Hacıyev, Fərid Nəbiyev, Veysəl Rzayev və Sadiq Quliyev avrokubok şansını hələ tam itirməyən Tovuz təmsilçisinin uğurları üçün çalışırlar. Rüfət Əhmədov, Ehtiram və Amil Yunanov Premyer Liqada qalmaq üçün mübarizə aparan gəncəlilərin bu vəzifənin öhdəsindən gəlməkdə pay sahibi olublar.

"Hamını bəzər, özü ..."
Premyer Liqanın digər klublarında da "Qəbələ" damğası olanlara rast gəlinir. "Neftçi" məhz bölgə klubunun tapdığı və ölkəmizə gətirdiyi, sonradan milliləşən və "Qarabağ"da da özünü göstərən Filip Ozobiçə güvənir. "Ağ-qaralar" əvvəllər də "Qəbələ"də parlayan legionerlərə - Baqali Dabo və Stiven Monroza ümid edib. Paytaxt klubunun məşqçilər korpusunda yer alan Sənan Qurbanov da çalışdırıcı kimi "qırmızı-qaralar"ın düşərgəsində yetişib. "Araz-Naxçıvan"ın yeni baş məşqçisi Elmar Baxşıyev barədə də eyni sözləri demək olar. Həm məşqçi, həm baş məşqçi kimi "Qəbələ"də işləmiş çalışdırıcı mütəxəssis kimi bu klubda özünü göstərib.
"Sumqayıt"la "Səbail"də "qırmızı-qaralar"ın bir yetirməsi çıxış edir. Bunlar əsas heyətin daimi üzvü olan Rövlan Muradovla Yusif Nəbiyevdir.

Qeyd edək ki, çempionatın indiki reqlamentinə əsasən 10-cu yeri tutan "Qəbələ" I Liqaya düşməlidir. Lakin komanda sayının artırılması müzakirə olunur.

Vüqar Xeyrullayev
İdman.biz

Rəylər (0)

Son xəbərlər

Digər
Bu gün, 02:41

Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO

Digər
Bu gün, 01:26

Paris-2024-ün açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Futbol
Bu gün, 00:38

Macar futbolçu: "Sanki qol bizi silkələdi"

Basketbol
Dünən, 23:06

Rassell Uestbruk "Denver"də

Futbol
Dünən, 22:43

"Turan Tovuz" Vətənə dönür

Futbol
Dünən, 22:26

Cəlalın komandasına 1 qol bəs edib

Futbol
Dünən, 22:15

Türkiyə mətbuatının iddiası: "Qarabağ"ın futbolçusu paytaxt klubuna keçir

Digər
Dünən, 21:58

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO

Digər
Dünən, 21:50

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Digər
Dünən, 21:49

Azərbaycan Paris-2024-ün idmançılar paradından keçib

Digər
Dünən, 21:46

Paris-2024-ün açılış mərasimi start götürüb

Futbol
Dünən, 21:45

"Zaqatala"dan ayrıldı, Belarusun yüksək liqa komandası ilə anlaşdı

Digər
Dünən, 21:38

Yağış və Olimpiya açılış mərasiminin sirləri

Futbol
Dünən, 21:28

"Kəpəz" sonuncu yoxlama görüşündə böyük hesabla qalib gəldi

Digər
Dünən, 21:14

Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Futbol
Dünən, 21:00

Polşa qitə çempionatını qəbul etmək üçün UEFA-ya müraciət edib

Digər
Dünən, 20:45

Azərbaycan yığması açılış mərasiminə doğru

Cüdo
Dünən, 20:43

Cüdoçularımız Avropa kubokunda

Futbol
Dünən, 20:24

"Qalatasaray"ın futbolçusu Rusiyaya yollandı

Futbol
Dünən, 20:16

"Real"la Alfonso arasındakı razılıq

Digər
Dünən, 19:48

Paris-2024: 11 milyardlıq Olimpiada

Futbol
Dünən, 19:45

"Kəpəz"in aşağı yaş qruplarını "Babir" geyindirəcək

Futbol
Dünən, 19:35

"Şamaxı" son yoxlama oyununu da qələbə ilə başa vurdu

Futbol
Dünən, 19:23

"Şamaxı" Küveyt klubuna qalib gəlib

Oxşar xəbərlər