Pol Poqba Səudiyyə Ərəbistanındadır. Amma hələlik, yalnız dünyanın ilk peşəkar dəvə yarışları komandasının həmtəsisçisi kimi.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, "Əl-Habub" Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman da daxil olmaqla, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri arasında yarışlarda iştirak edir.

Poqbanın səfiri və səhmdarı olduğu komanda dünyanın ilk peşəkar dəvə yarışları liqasını yaradır.
Bu ölkələrdə bu sahə gəlirli hesab olunur, çünki çempion dəvə beş milyon avrodan çox qiymətə satıla bilər. Yarış iştirakçılarına da tez-tez böyük mərclər qoyulur.

At yarışları ərəb ölkələrində məşhurdur; bu əyləncənin tarixi VII əsrə gedib çıxır.

Çox güman ki, "Monako"dan sonra Poqba Səudiyyə Ərəbistanında da futbol oynayacaq.

Yarımmüdafiəçi Liqa 1-in 13-cü turunda "Renn" ilə (1:4) oyun zamanı "Monako"da debüt edib və 85-ci dəqiqədə meydana çıxıb. Bu, Poqbanın dopinq səbəbindən diskvalifikasiya edildiyi 2023-cü ilin sentyabrından (cərimə müddəti 2025-ci ilin martında başa çatıb) bəri ilk oyunu olub.