"Cenoa" İtaliya çempionatının 14-cü turunda "Udineze"ni məğlub edib.
İdman.Biz-in məlumatına görə, oyun Daniele De Rossinin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ruslan Malinovski hesabı penalti zərbəsindən açıb. "Cenoa"nın ikinci qolunu Bruk Norton-Keffi vurub. "Udineze"nin yeganə qoluna Yakub Petrovski imza atıb.
Bu qələbə ilə "Cenoa" 14 xalla turnir cədvəlində 14-cü yerdədir. "Udineze" 18 xalla 11-ci yerdə qərarlaşıb.
Turun digər oyununda "Piza" "Parma"ya məğlub olub – 0:1.