top
Olimpiya Stadionunun memarları: “Onlar heyran olacaq” İdman.biz
03 noyabr 2024, 10:37
- ↺ +

Olimpiya Stadionunun memarları: “Onlar heyran olacaq”

HafizTimes.com-un budəfəki müsahibləri UEFA, FİFA və IAAF-nın yüksək beynəlxalq standartlarına uyğun tikilib, dizayn edilən və Azərbaycandakı ən böyük stadion olan Bakı Olimpiya Stadionun məşhur memar-dizaynerləri olub.

Heerim Architects & Planners – Cənubi Koreanın qlobal memarlıq-dizayn və tikinti şirkəti:

– Bakı Olimpiya Stadionu 68 000 tamaşaçı tutumuna malik çoxməqsədli idman kompleksidir. "Heerim" şirkəti bu layihənin həm dizayn, həm də CM xidmətlərini (tikinti) həyata keçirdi. Layihəni 2015-ci ildə uğurla tamamladıq.

– Stadionun dizayn motivində Qız Qalası (YUNESKO-nun dünya irsi), fasadında isə Azərbaycanın, "Odlar Yurdu"nun simvolu olan yanan alov işarəsi təcəssüm etdirilib. Bu idman məkanı IAAF, FİFA, UEFA tərəfindən müəyyən edilmiş tələb və standartlara tam uyğundur. Futbol və atletikadan başqa, canlı musiqi çıxışları və s. kimi digər müxtəlif beynəlxalq tədbirlərə də ev sahibliyi etmək üçün planlaşdırılıb.

Bakı Olimpiya Stadionu yerli iqlim və topoqrafik xüsusiyyətlər nəzərə alınmaqla inşa edilib, külək və seysmik zərbələrə qarşı konstruktiv dayanıqlı bir bina kimi layihələndirilib. Bu stadion "ENR" qlobal mühəndislik jurnalı tərəfindən idman qurğuları kateqoriyasında "Ən yaxşı qlobal layihə" seçilib.

Bakı Olimpiya Stadionun tikintisi zamanı struktur mühəndisliyini isə Amerikanın qlobal mühəndislik şirkəti "Thornton Tomasetti" həyata keçirib. Şirkətin rəhbər işçiləri olan Kevin Legenza və Misam İmam struktur dizaynı, layihələrin idarə edilməsi və tədqiqat sahəsində geniş təcrübəyə malikdirlər. Onlar Bakı Olimpiya Stadionun tikintisi ilə bağlı fikirlərini də bizimlə bölüşüblər:

– Bakı Olimpiya Stadionun tikinti qrafiki sürətləndirilmişdi. Ona görə də biz layihə komandası olaraq, eyni vaxtda həm dizayn, həm də tikinti işlərini həyata keçirdik. Stadionun tikintisi zamanı mütərəqqi modelləşdirmə və avtomatlaşdırma texnikalarına daha çox etibar etdik.

– Stadionun dizaynı necə hazırlandı?

– Dizaynın çevikliyini maksimum həddə çatdırmaq üçün konstruktiv dizaynda stadionlardan daha çox hündürmərtəbəli binalar üçün səciyyəvi olan dərin, möhkəm təməllərdən istifadə etdik.

Komandamız tir və sütunların möhkəmləndirilməsini seysmik kod müddəalarına uyğun yoxlamaq üçün avtomatlaşdırılmış xüsusi dizayn proqramı işləyib hazırladı və bu proqram dizayn prosesini xeyli sürətləndirdi.

Nəhayət, 24 aylıq ağır qrafikdən sonra bu mükəmməl stadionun tikinti-dizayn prosesini uğurla başa çatdırdıq. 2015-ci ildə Avropa Oyunlarının açılış mərasimi də Bakı Olimpiya Stadionunda keçirildi. Stadionun gözəlliyi bütün Avropanı özünə valeh etdi.

– Bakı ilə bağlı hansı xatirələriniz var?

– Bakı çox qeyri-adi, qədim şəhərdir. Həm də küləklər şəhəridir. Həmin vaxt komandamız da şəhəri çox bəyənmişdi. Bakıya getmək üçün saatlarla təyyarələrdə qalmalı olurduq. (Bu, bizim üçün bir az çətin idi) Amma orada olan zaman hər şeyi unudurduq.

– Yaxın günlərdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası da (COP29) Bakı Olimpiya Stadionunda keçiriləcək. Bununla bağlı nə demək istərdiniz?

– COP bütün dünyada mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirdir. Belə bir qlobal tədbirin Bakı Olimpiya Stadionunda keçirilməsi çox sevindirici və qürurvericidir. Bunun üçün Bakı Olimpiya Stadionunda hər bir şərait var. Əminik ki, bütün qonaqlar Bakı Olimpiya Stadionuna heyran olacaqlar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Oxşar xəbərlər