"Neftçi" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
İdman.biz xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda "ağ-qaralar"a keçib. 29 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fransanın Bordo şəhərində anadan olan Sessi D Almeyda eyniadlı klubun yetirməsidir. O, Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib.
Son mövsümü Kiprin "Apollon" (Limassol) komandasında keçirən yarımmüdafiəçi 34 matçda meydana çıxıb. Futbolçu bir qola imza atdığı Benin millisi ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.
İdman.biz