Naxçıvanda futbol hakimi olmaq istəyənlər üçün ödənişsiz seminar keçiriləcək.
Bu barədə \"Report\"a Naxçıvan Futbol Federasiyasından (NFF) bildirilib.
Məqsəd gənc referilərin hazırlanması və gələcəkdə AFFA-nın bayrağı altında keçiriləcək oyunlara cəlb olunmasıdır.
Seminar AFFA və NFF-nin dəstəyi ilə reallaşacaq.