top
MOİK Səbailʻiylɟi 8-ci turda 0:0 hesabıyla heç-heçɟi etdi - Cavid Yadullayev: 2 xal itirdik, 1 xal qazanmadıq Sportinfo.az
Bu gün, 10:20
- ↺ +

MOİK Səbailʻiylɟi 8-ci turda 0:0 hesabıyla heç-heçɟi etdi - Cavid Yadullayev: 2 xal itirdik, 1 xal qazanmadıq

I Liqanın 8-ci turunun önəmli qarşılaşmasında MOİK "Səbail"lə qarşılaşdı.

Çempionluq uğrunda mübarizə aparan komandaların duelində qazanılacaq qələbə tərəflərdən birinin turnir cədvəlində mövqeyini yaxşılaşdırmasına və liderə yaxınlaşmasına imkan verəcəkdi.

Lakin kifayət qədər qol epizodları ilə yadda qalan qarşılaşmada qapılara top vurulmadı.

"Səbail" 75-ci dəqiqədən etibarən azlıqda oynamasına baxmayaraq, "hərbçilər" rəqib qapısında axtardığı qolu tapa bilmədi. Nəticədə turun mərkəzi görüşü qolsuz heç-heçə ilə başa çatdı.

Sportinfo.az-a açıqlama verən MOİK-in futbolçusu Cavid Yadullayev nəticəni dəyərləndirib.

O, komandasının komandasının 1 xal qazanmasından daha çox, 2 xal itirdiyini bildirib:

"Oyuna yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, şanssızlıqdan 3 xalla qayıda bilmədik.

İstənilən halda komanda yoldaşlarıma və məşqçilər heyətinə təşəkkür etmək istəyirəm. Yaxşı, templi oyun alındı.

Rəqib də kifayət qədər güclü idi. Həm onların, həm də bizim qol epizodlarımız oldu.

Təəssüflər olsun ki, fürsətlərdən yararlana bilmədik. "Səbail" azlıqda qaldıqdan sonra daha çox qol imkanımız yarandı.

1 xal qazandığımızı yox, 2 xal itirdiyimizi deyə bilərəm. Əlbəttə, 1 xal da yaxşıdır, buna da şükür!

Amma qələbə qazansaydıq, həm turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirər, həm də üst pillələrdəki rəqiblərə yaxınlaşardıq.

İnşallah, qarşıdakı oyunlara daha ciddi hazırlaşaraq qələbələr qazanarıq və mövqeyimizi möhkəmləndirərik".

8 oyundan sonra aktivində 15 xal olan olan MOİK 4-cü pillədə qərarlaşıb.

HƏBİB

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 10:30

“Baku City Hospital” indi burada fəaliyyət göstərir - VİDEO+FOTOLAR

Futbol
Bu gün, 10:21

Röyal Nəcəfov: 'Xankəndi' üçün cari mövsüm keçid mərhələsidir, qış fasiləsində heyəti gücləndirəcəyik

Digər
Bu gün, 10:21

Yüksək və Birinci Liqalarının püşkü atıldı - İştirakçı komandalar

Futbol
Bu gün, 10:21

Milli ilə zədələnən Xaybullayevin vəziyyəti aydınlandı - "Sabah"ın heyətində ola bilər

Futbol
Bu gün, 10:21

Dünyanın ən çox qazanan 10 futbolçusu müəyyən edildi - Ronaldo birinci, Messi ikinci

Futbol
Bu gün, 10:21

Musa Qurbanovun hava limanında alış-veriş paketləri müzakirə mövzusuna çevrildi

Futbol
Bu gün, 10:21

Səbail baş məşqçi dəyişikliyinə hazırlaşır, Sumqayıt futbolçuları mükafatdan məhrum edilib, AFFA İK dekabrda toplanacaq

Futbol
Bu gün, 10:21

Kamerunlu futbolçu Neapoldan ayrılmaq niyyətində

Digər
Bu gün, 10:21

“Sabah” - “Barselona” matçına 74 ölkədən bilet aldılar - FOTO

Qarabağ FK
Bu gün, 10:21

Qurban Qurbanovdan Kadi Borgesə yeni xəbərdarlıq: Çəkini azald, aksi halda əsas heyətdə yerini itirəcək

Qarabağ FK
Bu gün, 10:21

Dəhşətli qəzadan sağ çıxan vitse-prezidentlə SƏMİMİ MÜSAHİBƏ

Futbol
Bu gün, 10:21

I Linqa: Şahdağ Qusarla Gəncəbasar arasında liderlik mübarizəsi

Futbol
Bu gün, 10:21

Nihad Əhmədzadə: Debüt Qələbəsində Daha Bir Qol İmkanı Olmalı Idi

Futbol
Bu gün, 10:21

Yozef Sabo: Malderadan heç nə alınmayacaq, Ukrayna yığmasının əsas namizədi Markeviçdir

Futbol
Bu gün, 10:21

Ronaldo 986‑cı qolu ilə Əl-Əhli üçün qələbə qazanıb

Futbol
Bu gün, 10:21

Vernidub "Neftçi"nin futbolçularına sərt nizam-intizam mesajı verdi

Futbol
Bu gün, 10:21

Brayton Paskal Qrosu ilə 2028-ə qədər müqavilə uzatdı

Qarabağ FK
Bu gün, 10:21

Premyer Liqada "Sabah"ın "Qarabağ"la müqayisəsi niyə əsassızdır və onlara nə gözləyir?

Futbol
Bu gün, 10:21

Çelsi yarımmüdafiəçisi Romeo Lavia Aston Villa transferi ilə maraqlanmır

Futbol
Bu gün, 10:21

Misli Premyer Liqa XII turu: Şamaxı - Turan Tovuz və Şəfa - Qəbələ oyunları

Futbol
Bu gün, 10:21

Rodri Real'dan Barcelona'ya necə köçdü

Digər
Bu gün, 10:21

“Asadov Pro Bridge” - Azərbaycan futbolu üçün yeni fursət!

Digər
Bu gün, 10:21

"Sabah"ın futbolçusu ata oldu

Digər
Bu gün, 10:21

Əksər klublar niyə yerli futbolçulara hörmət etmir? - VİDEO

Oxşar xəbərlər