Misli Premyer Liqasının 15-ci turunun "Şamaxı" - "Zirə" oyununda ilk hissə bitib.
İdman.Biz xəbər verir ki, "Zirə" ilk hissədən sonra 1:0 irəlidədir.
14:10
Misli Premyer Liqasının 15-ci turunun "Şamaxı" - "Zirə" oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 8-ci dəqiqədə Giorgi Papunaşvili "Zirə" klubunu hesabda irəli çıxarıb - 0:1.
14:00
Misli Premyer Liqasının 15-ci turunun "Şamaxı" - "Zirə" oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim İnqilab Məmmədov idarə edir.
13:13
Misli Premyer Liqasının 15-ci turu çərçivəsində keçiriləcək ilk oyunda qarşılaşacaq "Şamaxı" və "Zirə" komandalarının start heyətləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma Şamaxı şəhər stadionunda saat 14:00-da start götürəcək.
Komandaların heyətləri:
"Şamaxı": 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov
"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 33. Əkbər Eyubov, 43. Əhliman Süleymanzadə, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
09:10
Bu gün Misli Premyer Liqasının 15-ci turunun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, tura Şamaxı şəhər stadionunda start veriləcək.
"Zirə" 27 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. 17 xala malik "Şamaxı" isə yeddincidir.
Misli Premyer Liqası
İkinci dövrə, 15-ci tur
13 dekabr (şənbə)
14:00. "Şamaxı" - "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu
Qeyd edək ki, 15-ci tura dekabrın 15-i yekun vurulacaq.